Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İngilis sularında Brexit və Makronun balıq davası...

Fransadakı əvvəlki hadisələrdən də bilirdik ki, İngiltərənin ərazi sularını AB ölkələrinin balıqçılarına bağlaması böyük sosial hadisələrə səbəb olacaq...

Ali Rza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 16 noyabr 2020-ci il

İngiltərə 31 yanvar 2020-ci il tarixində Avropa Birliyini (AB) tərk etdi (BREXİT). Üzvlükdən çıxmaqla başlayan bu keçid prosesi 31 dekabr 2020-ci ildə başa çatacaq. Bu tarixin sonunda İngiltərə Birləşmiş Bazar və Gömrük İttifaqı qaydalarından da kənarda qalacaq.

24 iyun 2016-cı il tarixli referendumda ingilislər 52%-lə 48% nisbətində Avropa Birliyini tərk etməyə qərar vermişdilər. İngiltərə artıq AB üzvü deyil, istədiyi şərtlərlə və istədiyi ölkə ilə ticarət müqavilələri imzalaya bilər.

Keçid dövründən sonra, yəni 1 yanvar 2021-ci ildən sonra İngiltərə ilə AB ölkələri arasındakı ticarət əlaqələri necə olacaq? Bu gün hər şey burada düyünlənib. Əgər AB ilə razılığa gəlinməsə, iki tərəf arasındakı ticarət əlaqələri 31 dekabr 2020-ci ildən sonra Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına uyğun olaraq həyata keçiriləcək.

Ticarət anlaşması BREXİT-dən sonra bloklandı

Brüssel İngiltərə ilə sərbəst ticarət razılaşmasının tərəfdarıdır, lakin Avropa Komissiyası Başçısı Ursula fon der Leyenin də dediyi kimi “AB razılaşma üçün çalışmağa davam edir, amma heç nəyə də nail olmayacaq”. Həmçinin, bununla bağlı şərt irəli sürüblər. Bunlardan biri tərəflər arasındakı ticarətin ədalətli rəqabət şərtləri altında həyata keçirilməsidir.

Başqa sözlə, bu addımlar AB ölkələri ilə ticarət edəcək ingilis şirkətlərinin subsidiyalarla dəstəklənərək qitə Avropasındakı şirkətlərlə haqsız rəqabət etməsinin qarşısını almaq məqsədi daşıyır. İngilislər də “biz müstəqil bir ölkəyik, qurumlarımızda edəcəyimiz qanuni tənzimləmələrə müdaxilə edə bilməzsiniz” deyirlər. AB, xüsusilə Fransa “biz də üzv ölkələrimizə edəcəyiniz ixrac mallarına gömrükləri artıracağıq” cavabını verib. Yəni çəkişmə böyükdür.

Çəkişmə balıq ovu ilə bağlıdır

İngiltərə Baş naziri Boris Conson: “Balıqçılıq fəaliyyətimizi idarə etməyə çalışırlar. Bu, müstəqil bir ölkə üçün məqbul deyil”, deyib. Məhz burada Fransa Prezidenti Makron qılıncını çəkib:

“Razılaşma olmasa, Avropa balıqçıları İngiltərənin sularına girə bilməyəcəklər. Balıqçılarımızın Brexit qurbanı olmasına icazə verə bilmərəm. Balıqçılarımızın ingilis sularına girişini qorumaq bizim üçün vacib bir məqamdır. Brexit istəyən biz deyilik, bu, ingilis xalqının seçimidir”.

AB üzvü olan dövlətlər bir-birinin xüsusi iqtisadi zonalarında sərbəst balıq tuta bilirdilər. Lakin bir razılaşma olmadığı təqdirdə, AB ölkələrinin balıqçı gəmiləri İngiltərənin Xüsusi İqtisadi Bölgəsinə girə bilməyəcək və balıq tuta bilməyəcəklər.

Brüssel Fransa və fransız balıqçıların təzyiqi altında balıq ovu məsələsində razılaşma bağlanması üçün bir şərtə çevrilib.

Fransız balıqçılar dənizdən çıxardıqları ümumi balıqların 25%-ni ingilis sularından tuturlar. Fransadakı əvvəlki hadisələrdən bilirdik ki, İngiltərənin ərazi sularını AB ölkələrinin balıqçılarına bağlaması böyük sosial hadisələrə səbəb olacaq.

2007-ci ildə hələ yeni prezident seçilən Sarkozi dizelin qiymətini qaldırmışdı. Fransada kiçik balıqçı gəmilərinin olduğu ən böyük balıqçılıq limanına sahib olan Le Gilvineki ziyarət edən Sarkozi balıqçılar tərəfindən hücuma məruz qaldığına görə balıqçılar üçün dizel qiymətlərini endirmişdi. İndi bu balıqçılara artıq İngiltərənin ərazi sularında balıq tuta bilməyəcəyini demək, yəni artıq 25% daha az balıq tutacaqlarını bildirmək bomba partlatmaq kimi bir şeydir. Yüzlərlə balıqçı iflas edəcək və minlərlə adam işsiz qalacaq.

Bu səbəblə əlaqədar nazirlər, xüsusən də prezident Makron La Manşın sahilindəki balıqçılıq limanlarını ziyarət edir və “narahat olmayın, problemi həll edəcəyik” deyir.

Fransaya görə, İngiltərə işi çətinləşdirərək danışıqları təxirə salır. Belə davam edərsə, iki tərəfin öz şərtlərinə görə müqavimət göstərməsi səbəbindən sərbəst ticarət müqaviləsi imzalanmayacaq. Conson AB-yə reaksiya verərək: “Brüssel mövqeyini dəyişdirməzsə, sərbəst ticarət müqaviləsi imzalamayacağıq”, deyir.

Fransa İngiltərəyə qarşı uzlaşmayan bir münasibət bəsləsə də, Almaniya qarşılıqlı güzəştlərin edilməli olduğunu düşünür. Burada iqtisadi ölçü ilə yanaşı, həm də sosial ölçünün Fransanı vuracağı şübhəsizdir. Bu səbəbdən, Makron İngiltərəyə qarşı aqressiv bir münasibət bəsləyir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar