Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Türkiyənin Qarabağda birgə fəaliyyəti uzun müddət davam edə biləcək?

Zamanla Türkiyə və Rusiyanın Qarabağ anlaşmasında problemlər ortaya çıxa bilərmi?..

Politoloq: “Ciddi şəkildə atəşkəs pozulmasa, Türkiyə-Rusiya monitorinq qrupu problemsiz öz işinə davam edəcək”.

“Türkiyə və Rusiya monitorinq qrupunun Suriya təcrübəsi var. Bu iki ölkənin Suriyada müxtəlif problemləri olsa da, monitorinq qrupu hələ də davam edir”.

Bu sözləri politoloq Türkiyə-Rusiya montorinq qrupunun Qarabağdakı fəaliyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün keçirilən mətbuat konfransında Türkiyə və Rusiya monitorinq qrupu haqqında açıqlamalar verib.

Nazir deyib ki, 5-ci maddəyə əsasən Türkiyə və Rusiya montorinq mərkəzində iştirak edəcək: "
Rusiyanın burda rolunu da yüksək qiymətləndiririk. Önəmli olan bundan sonra atılacaq addımlardır. 5-ci maddəyə əsasən biz də Rusiya ilə birlikdə montorinq mərkəzində iştirak edəcəyik. Bu prosesi yaxından izləyirik və Azərbaycanla birlikdə burda iştirak edirik.

Sabah Rusiyadan Türkiyəyə nümayəndə heyəti gələcək və monitorinq mərkəzninin Azərbaycanın hansı bölgəsində qurulacağı müzakirə olunacaq. Monitorinq mərkəzi atəşkəs rejiminə nəzarət edəcək, hər hansı şikayət olduğu zaman araşdırılacaq, eyni zamanda atəşkəsin pozulmasına qarşı tədbirlər görüləcək”.

Rusiya və Türkiyənin Qarabağda qarşılıqlı münasibətlərlə birgə fəaliyyəti uzun müddət mümkün olacaq? Yoxsa zamanla hansısa problemlərin çıxması mümkündür?

Mövzunu PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Hələ ki, Qarabağ ərtafında söz və informasiya davası gedir”.

Kimin harada, necə mövqe tutması növbəti danışıqların müstəvisi olacağını düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, üç rayon qaytarılandan sonra sonra biz proseslərin hansı istiqamətdə cərəyan edəcəyinin şahidi olacağıq:

“Bildiyimiz kimi Türkiyə və Rusiya monitorinq qrupunun Suriya təcrübəsi var. Bu iki ölkənin Suriyada müxtəlif problemləri olsa da, monitorinq qrupu hələ də davam edir. Düşünürəm ki, Qarabağda da Türkiyə-Rusiya montorinq qrupu davam edəcək. Təbii ki, ciddi şəkildə atəşkəs pozulmasa, bu monitorinq qrupu problemsiz öz işinə davam edəcək.

Hələ ki, Qarabağ ərtafında söz və informasiya davası gedir. Bir tərəfdən də Rusiya rəsmiləri açıqlama verərək bildirirlər ki, Qarabağda Türkiyənin sülhməramlı qüvvələri olmayacaq. Türkiyə ancaq monitorinq qrupunun tərkibində olacaq. Türkiyə də bildirir ki, Rusiya Qarabağda hansı səviyyədə olacaqsa, Türkiyə də o səviyyədə olacaq.

Hesab edirəm ki, kimin harada, necə mövqe tutması növbəti danışıqların müstəvisi olacaq. Əslində üç rayon qaytarılandan sonra sonra biz proseslərin hansı istiqamətdə cərəyan edəcəyinin şahidi olacağıq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb

Ən çox oxunanalar