Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan xaos astanasında – işğalçı ölkə hər an qarışa bilər

Azərbaycanla müharibədəki ağır məğlubiyyət fonunda Ermənistan rəhbərliyində Baş nazir Nikol Paşinyanın tərəfdarları ilə silahlı qüvvələrə rəhbərliyin bir hissəsi arasında - hansına ki, hələlik formal olaraq müdafiə naziri David Tonoyan rəhbərlik edir, ciddi parçalanma baş verib.

Proses çox sürətlə inkişaf edir və artıq pik həddə çatmaqdadır. Separatçıların liderinin “mətbuat katibi” Vaqram Poqosyanın Şuşanın Azərbaycanın silahlı qüvvələrinin nəzarətinə keçməsi haqda gözlənilməz açıqlaması məhz bununla bağlıdır. Hərbçilərin nəzarətində olan media belə xəbərləri qızğın bir şəkildə təkzib eləsə də, ermənilər hər halda qarabağlı Poqosyana daha çox inanmağa meylidirlər. Üstəlik, Azərbaycan artıq bu faktı təsdiqləyən rəsmi görüntülər yayıb.

Vaqram Poqosyanın demarşı təsadüfi deyil və yalnız başlanğıcdır. Məsələ ondadır ki. Ermənistanda Şuşanın yalnız xəyanət nəticəsində itirilə biləcəyinə ürəkdən inanırlar. Müvafiq surətdə əgər Poqosyan bu barədə məlumat verirsə, demək, xəyanət olub. Baş nazir tələm-tələsik, şəxsən bu acılamanı sıfırlamağa çalışıb. Lakin onun “Şuşa uğrunda döyüşlər davam edir” ifadəsi əsla ermənilərin bu şəhərə nəzarət eləməsi təəssüratı yaratmır. Şuşa uğrunda onlar taktiki geri çəkildikləri mövqedələrn də mübarizə apara bilərdilər.

Fakt faktlığında qalır ki, Şuşa işğaldan azad edilib və ermənilər bu acı həbi udmalı olacaqlar. Bu fonda, yaxın gələcəkdə Ermənistanda iki şeydən biri baş verəcək: Nikol Paşinyan ya insanları xilas etmək naminə Azərbaycanın şərtlərini qəbul etməklə bağlı xalqa müraciət edəcək, ya da ordu tərəfindən birdəfəlik vəzifəsindən götürüləcək və rəsmi olaraq Azərbaycan xüsusi xidmət orqanlarına xidmətdə günahlandırılacaq və bu halda məhkəməyə qədər yaşamayacaq.

Birinci halda, ehtimal ki, o, həm öz ətrafından, həm də Müdafiə Nazirliyindən konkret adlar çəkməklə baş verənlərin səbəbləri barədə fikirlərini açıqlayacaq və ya açıqlamağa söz verəcək. Yəni Paşinyan məhz hansı qüvvələrin təsiri altında qırğıya çevrildiyini və Azərbaycanla sülh prosesini məqsədyönlü şəkildə pozduğunu xalqa izah etməli olacaq.

Ermənistan onun izahatını gözləyirlər, çünki baş nazirin əleyhdarları artıq öz versiyalarını sızdırıblar – Nikol Paşinyan Azərbaycan xüsusi xidmət orqanlarına işləyib və sülh prosesini pozmaqda məqsədi də məhz Azərbaycanın öz torpaqlarını nəhayət güc yolu ilə qaytarması olub.
İkinci halda, onun adının Ermənistan tarixinə Qarabağın itirilməsinə səbəb olan xain kimi yazılacağına şübhə yoxdur. Uydurma Türk hədəsi ilə qorxudulmuş erməni cəmiyyətinə Soros yetirməsi Paşinyanın Ermənistanın milli təhlükəsizliyinin sütunlarını sarsıtdığını izah etmək çətin olmayacaq. Və Ermənistan yenə döyəclənmiş bir yolla - əhalinin beyninin “soyqırım” məsələsi, “qaniçən azərbaycanlılar” və s-lə yuyulması yolu ilə gedəcək. Təbii ki, o halda hətta Nikol Paşinyan məhv edilsə belə, onun ailəsini, arvadı və qızını rüsvayçı bir mühacirət, komandasının üzvlərini isə müxtəlif bəhanələrlə təqib gözləyir.

Müharibədəki məğlubiyyət fonunda artıq Ermənistanda mediaya nəzarət kritik önəm kəsb etməkdədir. Ölkədə çoxsaylı KİV-lər və sosial media ilk növbədə öz xalqı, o sırada həmçinin onları mötəbər sayanlar üçün dezinformasiya vasitəsinə çevrilib. (minval.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıldı

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb - Video

Ucqar dağ kəndinin doqquz məzunundan səkkizi tələbə adını qazanıb

Ceyhun Bayramov və iranlı həmkarı Abbas Araqçi arasında telefon danışığı olub - Yenilənib

Ən çox oxunanalar