Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə rəsmilərinin Bakı səfəri... - Pərdəarxası sirrlər nədir?

Politoloq: “Türkiyə rəhbərliyi yaxşı bilir ki, Moskvadan növbəti təzyiqlər ola bilər. Çünki Rusiya Azərbaycanın ərazi bütövlüyünu tam şəkildə bərpasında maraqlı deyil. Yeni təxribatlar ola bilər”.

“Türkiyə rəsmilərinin Azərbaycana müntəzəm səfərləri əsasən AzərbaycanErmənistan arasında davam edən müharibə şəraitində reallaşır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Türkiyənin rəsmi şəxslərinin Azərbaycana sıx səfərlərinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Srağagün Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu yenidəb Bakıya səfər etdi. Çavuşoğlu bir sıra önəmli görüşlər keçirdi və Türkiyə müdafiə nazirin, o cümlədən başqa rəsmi şəxslərin də Bakıda səfərdə olacaqlarının anons etdi. Dünən isə Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binali Yıldırımın rəhbərlik etdiyi hakim AKP üzvlərindın ibarət nümayəndə heyəti Bakıya gəldi.

Qarabağda müharibə başlayandan bu yana Türkiyə rəsmilərinin ölkəmizə gəlmələrinin görünən və görünməyən siyasi cəhətləri barədə nə demək olar?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Azərbaycan və Türkiyə artıq yeni bir siyasi düzən qurur”.

Moskvanın birbaşa dəstəyi ilə Tehranın həll variantı hazırladığına diqqət çəkən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, Türkiyənin masada olması bunu Moskvanın da qəbul etməsi, yeni bir həll variantlarında ölkəmizin əleyhinə bir fəaliyyəti durduracaq:

“Türkiyə rəsmilərinin Azərbaycana müntəzəm səfərləri əsasən AzərbaycanErmənistan arasında davam edən müharibə şəraitində reallaşır. Əsas məqsəd Azərbaycana siyasi dəstək verməklə yanaşı qarşılıqlı hərbi əməkdaşlıq və Azərbaycana qarşı hər-hansı bir təzyiqin neytrallaşdırilmasına hesablanıb.

Qeyd edim ki, Azərbaycana döyüş əməliyyatlarını durdurmaq üçün müəyyən həll variantları təklif edirlər. Biz bunu Moskva və Tehranın etdiyini görürük. Hətta Moskvanın birbaşa dəstəyi ilə Tehran həll variantı hazırlayıb. Türkiyənin masada olması bunu Moskvanın da qəbul etməsi, yeni bir həll variantlarında ölkəmizin əleyhinə bir fəaliyyəti durduracaq.

Məhəmməd Əsədullazadə: “Qarabağda cərəyan edən hadisələr bilavasitə Türkiyə üçün də xüsusi bir cizgidir və Ankara ola biləcək bir təhlükədə hər an qarşıda olacaq”.

Hesab edirəm ki, Türkiyə güc nazirliklərinin rəhbərliyyinin bu səfərləri yeni bir siyasi mərhələyə keçidə əsaslanır. Burada ilk növbədə aparılacaq danışıqlarda Azərbaycanın ərazi bütövlüyünün tam qorunması və Qarabağa hər-hansı bir yüksək statusun verilməsini qarışısını alacaq. Hazırda Azərbaycan uğurlu hərbi əməliyyatlar keçirir. Yeni qələbə xəbərləri gəlir və çox qısa vaxtda biz möhtəşəm qələbələrin şahidi olacağıq. Ona görə də Azərbaycanı istəməyən qüvvələr sanki pusqudadır. Ankara-Bakı tandemi bu məsələləri prinsipial olaraq dəf edəcəyi şübhəsizdir.

Türkiyə rəhbərliyi yaxşı bilir ki, Moskvadan növbəti təzyiqlər ola bilər. Çünki Rusiya tam şəkildə Azərbaycanın ərazi bütövlüyünu tam şəkildə bərpasında maraqlı deyil. Yeni təxribatlar ola bilər. Ona görə də Qarabağda cərəyan edən hadisələr bilavasitə Türkiyə üçün də xüsusi bir cizgidir və Ankara ola biləcək bir təhlükədə hər an qarşıda olacaq. Bu istiqamətdə danışıqlar və razılaşmalar gedir. Azərbaycan və Türkiyə artıq yeni bir siyasi düzən qurur”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Ən çox oxunanalar