Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan: “Türkiyə Bakı-Tbilisi-Qars layihəsi ilə Londondan Çinə dəmir yolu bağlantısı qurub”

“Samsun-Sivas dəmir yolu xətti logistika nəqliyyatının inkişafına əhəmiyyətli töhfə verəcək”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsun-Sivas dəmir yolu xəttinin modernləşdirilməsinin başa çatması ilə bağlı tədbirdə bildirib.

Onun sözlərinə görə, ticarət baxımından Qara dənizinin qapılarını Anadoluya açan bu dəmir yolu xətti logistik nəqliyyatda yeni bir impuls olacaq: “Bu sərmayə Samsunun regional hab olaraq mövqeyini gücləndirəcək və burada yaşayan əhaliyə biznes və iqtisadi imkanlar yaradacaq. Layihə çərçivəsində Samsun ilə Sivas arasındakı 431 kilometrlik dəmir yolu xətti bütün infrastrukturu və üst quruluşu ilə yenilənib və hal-hazırda Türkiyənin bütün dəmir yolu infrastrukturu modernləşdirilib”.

Prezident əlavə edib ki, Türkiyə sürət qatarlarının istifadəsi baxımından dünyada səkkizinci, Avropada isə altıncı yerdə qərarlaşıb.

O, Türkiyənin yük və sərnişin daşımalarının birlikdə həyata keçirə biləcək sürətli qatar xətlərinin də inşa etdiyini söyləyib.

Prezident vurğulayıb ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu kimi strateji layihələrlə Türkiyə Londondan Çinə fasiləsiz dəmir yolu bağlantısı qurub.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Ən çox oxunanalar