Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Qeybulla: "İnsanların qaydalara əməl etməməyi yoluxmanı artırır"

“İnsanlar başa düşməlidir ki, məsuliyyətsizlik digər insanların həyatını təhlükəyə atır. Televiziyalarda maarifləndirmə aparılmalıdır. Psixoloqlar, mütəxəssislər də efirlərə çıxsın, insanlara izah eləsinlər. Artıq insanların çoxu koronavirusu arxa plana atıb”.

Bunu açıqlamasında tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, yoluxanların sayının artmasının səbəbi insanların qaydalara əməl etməyi qulaqardına vurmasıdır: "Avtobuslarda, qapalı məkanlarda, məktəblərdə vəziyyəti görürürsüz? Sanki koronavirus bitib, qurtarıb. Halbuki dünya ölkələrində hələ də ciddi əməl olunur. Məsələn, Berlin qapalı şəhər elan olunub. Sərt karantin rejimi həyata keçirililir. Bu gün yoluxmaların artmasının bir səbəbi də əhalinin vətəndaş məsuliyyəti nümayiş etdirməməsidir. İndiyə kimi inanmayanlar yoluxmaların artmasında xüsusi rol oynayıb".

Professor bildirib ki, müvafiq qurumlar karantin qaydalarına riayət olunmasına ciddi nəzarət etməlidir: "Bakı Nəqliyyat Agentliyi deyilən bir qrum var ki, orada maşınları çəkməklə məşğuldurlar. Qalxıb avtobuslarda qayda-qanun yaratmırlar. Soruşmurlar ki, ay sürücü, sənin niyə ağzın-burnun açıqdır? Ay sərnişin, maskan hanı? Bunların hamısına ciddi nəzarət olunmalı, cərimələr olmalıdır".

"Hazırda ordumuz düşmən tapdağında olan torpaqlarımızı terrorçulardan təmizləməklə məşğuldur. Hətta cəbhədə belə karantin davranış qaydalarına, əsgərlərin istirahət etdiyi, yatdığı yerlərdə də qaydalara əməl edilməlidir. İnsanların məsuliyyəti daha da artmalıdır. Ancaq qaydalara əməl etmək, maska taxmaq, məsafəni qorumaq, dezinfeksiyaedici məhlullardan istifadə edilməlidir", - A.Qeybulla qeyd edib.(report)

pia.az


Etiket: Adil Qeybulla


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Ən çox oxunanalar