Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Atəşkəs olmasaydı, Azərbaycan 4-7 günə Xankəndinə çata bilərdi…” - Mayor

“10 oktyabr atəşkəs razılaşmasına qədər Azərbaycan ordusu Ali Baş Komandan tərəfindən ona verilən tapşırığı əla yerinə yetirdi”.

PİA.az xəbər verir ki, bu sözləri Rusiya mediasına açıqlamasında hərbi ekspert, Azərbaycan ordusunun ehtiyatda olan mayoru Anar Hüseynov söyləyib.

“Döyüşlər zamanı Milli Ordunun hücum əməliyyatları şimalda – Ağdərə-Murovdağ istiqamətində, Qarabağın cənubunda isə Füzuli-Cəbrayıl istiqamətində həyata keçirilib. Əməliyyatların ilk günündə Qarabağın Kəlbəcər bölgəsinə yaxın Murovdağda bir sıra mövqelər azad edildi. Daha sonra işğal olunmuş zonanın şimalındakı döyüşlərdə Azərbaycan ordusu Kəlbəcərə gedən yolun üzərində yerləşən böyük strateji məntəqə olan Madagiz kəndini azad etdi və Madagiz su anbarını da nəzarətə götürdü. Qurtuluşdan sonra bu kənd tarixi adına uyğun olaraq rəsmən Suqovuşan adlandırıldı. Buradakı su anbarının azad olunması sayəsində Tərtər, Bərdə və s. bölgələrdəki düzənliklərdə yerləşən əkinçilik əraziləri 30 ildə ilk dəfə Tərtər çayının bol suyu ilə təmin olundu.

Azərbaycan ərazisinin ikiyə bölən Bakı-Gəncə magistral yolundan ən yaxın məsafədə olan Talış kəndinin azad edilməsi də böyük əhəmiyyət daşıyır...

Erməni əhalisinin sayına görə ikinci ən böyük Qarabağ şəhəri olan Ağdərə yarı mühasirədə qalıb. Hal-hazırda bu şəhər boşdur, erməni əhali tərəfindən tərk edilib”- deyə Anar Hüseynov bildirib.

Cənub istiqamətində də Milli Ordunun uğurlarını yüksək dəyərləndirən ekspet Xankəndinin uzağı, bir həftəyə azad edə bilmə şansımızdan danışıb.

“Qarabağın cənubunda ordumuz Azərbaycanın işğal olunmuş Qubadlı bölgəsinin ərazisinədək İranla bitişik sərhəd zonasını azad etdi. Şimala - Araz çayından dağlara hücum edən ordu, strateji əhəmiyyətli Hadrut qəsəbəsini azad etdi və ondan öncə həmin cəbhənin qərbindəki Cəbrayıl şəhəri də tamamilə azad olundu.

9 oktyabrda imzalanan atəşkəs olmasaydı, bu cür uğurlu hücumlarla Azərbaycan ordusu cəmi 4-7 günlük döyüşlər sayəsində işğal altındakı Qarabağın paytaxtı Xankəndinə çata bilərdi” -deyən hərbi ekspert Anar Hüseynov Azərbaycan ordusunun hazırda yerləşdiyi məkandan Xankəndinə cəmi 40-50 km məsafə qaldığını və Milli Ordumuzun bir sıra istiqamətlərdə keçmiş müdafiə xəttlərindən bəri keçdiyi məsafənin də 40 km-ə çatdığını vurğulayıb. (Moderator)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar