Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncə vurulub, döyüşlər davam edir - Ermənipərəst rus politoloqlar isə dialoqdan dəm vurur

Dağlıq Qarabağda ağır döyüşlərdən sonra Moskvada əldə olunan humanitar atəşkəs məsələsinə rus politoloqlar ümidlə yanaşdıqlarını bildiriblər.

PİA.az xəbər verir ki, Rusiya mətbuatına istinadən onların bəzilərini təqdim edir. 

Qeyd edək ki, bu rəylər Ermənistanın Gəncəni xaincəsinə vurmasından bir qədər öncə mətbuatda əks olunub.

Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev bunu eskalasiyanın nizalanması üçün şans adlandırb. 

“Əsas məsələ baş verdi, yəni qarşılıqlı zorakılıqla bağlı qapalı dairə yarıldı. Sülhə olmasa da, nisbi barış üçün imkan yaranıb. Onu pozmaq istəyən təxribatçılar ola bilər. buna görə də hər iki tərəf bunu nəzərə almalıdır”,- deyə K.Kosaçev “Facebook” səhifəsində yazıb. Rusiya rəsmisinin fikrincə, danışıqlar prosesinin bundan sonrakı davamı rəsmi Bakı və İrəvandan asılı olacaq.

“Yaxın Şərq-Qafqaz” araşdırma mərkəzinin direktoru Stanislav Tarasov isə atəşkəs rejiminin bərpasını tərəqqi adlandırmağın mümkün olmadığını bildirib.

Onu sözlərinə görə burada qeyd ediləsi əsas cəhət pauzanın yaranmasıdır. Bu pauzanı isə hansısa dialoqla davam etdirmək olar.

Qərəzli mövqeyi ilə tanınan rus politoloq ATƏT Minsk qrupunun gələcəkdə qəti tədbirlər görmək məcburiyyətində qalacağı, bunu nəticəsində isə Qarabağın Azərbaycanın nəzarətinə keçməyəcəyini söyləyib. 

“Əgər danışıqlar paritet xarakteri daşısa, bu, yalnız taktiki barış anlamına gələcək ki, bu da əvvəl axır yenə müharibəyə gətirib çıxaracaq. Situasiya heç də sadə deyil və olduqca mürəkkəbdir”,-deyə S.Tarasov danışıb.

Qafqaz beynəlxalq universitetinin professoru Vaxtanq Maysaya atəşkəs barədə sazişin pozulması halında münaqişəyə regional liderlərin qarışacağını bildirib. 

Onun sözlərinə görə, bu Ruisya və Türkiyədən başqası deyil. Çünki hər iksinin öz müttəfiqləri qarşısında hüquqi və siyasi öhdəlikləri mövcuddur.

Vaxtanq Maysayanın fikrincə, döyüş əməliyyatlarının dava etməsi halında Dağlıq Qarabağa Rusiya və Türkiyənin birgə sülhməramlılarının yeridilməsi də mümkündür. 

“Bu məsələ artıq kuluarlarda müzakirə olunur. Fikirləşirəm ki, Türkiyə və Rusiya döyüşlərə müdaxilə və təsir məqsədilə belə bir qərar qəbul edə bilərlər”, - deyə o bildirib. (musavat.com)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Argentinada pensiya artımlarının ləğvinə etiraz edən nümayişlər dağıdılıb

Ən çox oxunanalar