Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Minsk qrupu artıq tarixə qovuşdu” - Ekspertlərdən şərh

Politoloq: “Əgər Ermənistan total müharibə istəyirsə, Azərbaycan total müharibəyə də hazırdır”

Hərbi ekspert: “Bütövlükdə Qarabağla bağlı məsələ tam yekunlaşana qədər Azərbaycan ordusu öhdəsinə düşənləri edəcək”.

Dünəndən başlayaraq müharibə geniş miqyaslı və total xarakter almağa başlayıb. Məğlub olan ermənilər Gəncə, Mingəçevir və Xızı kimi cəbhə bölgəsindən çox uzaq şəhər və rayonlarmızı vurmağa başlayıb.

Separatçıların “rəhbər”i Araik Arutyunyan dünən saat 10 radələrində Ermənistan ərazisindən Gəncənin atəşə tutulması əmrini özünün verdiyini elan edib. Bu barədə o, öz feysbuk hesabında məlumat verib.

“Mənim əmrimə əsasən bu gün Ermənistan ordusu tərəfindən Gəncə şəhərindəki hərbi obyektləri zərərsizləşdirmək üçün bir neçə raket zərbələri endirilib”, - deyə separatçıların “lider”i bildirib.

Dünən isə prezident İlham Əliyev xalqa müraciətində Azərbaycanın sülhə hansı şərtlərlə razı olacağlnı bildirdi.

Ermənilərin Azərbaycanın şəhərlırini və strateji obyektlərini vurmaq taktikası nəyə hesablanıb və Azərbaycanın mümkün cavabları nə ola bilər? Həmçinin Prezidentin irəli sürdüyü şərtlər Minsk qrupu tərəfindən danışıqların əsas predmeti kimi qəbul edilə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu və hərbi ekspert Üzeyir Cəfərli ilə müzakirə edib.

Elxan Şahinoğlu: “İnanmıram ki, Prezidentin sülh şərtləri Minsk qrupunun həmsədrləri tərəfindən danışıqların əsas predmeti kimi qəbul edilsin”.

Ermənistan təxribat edirsə, bizim də onlara cavab verməyimizin vacib olduğunu düşünən politoloq bildirib ki, Azərbaycan Ermənistanın təxribatlarını cavabsız qoysa, onlar bizim nədənsə çəkindiyimizi düşünəcəklər və onların raket zərbələri artacaq:

“Ermənilərin 2 məqsədi var. Birinci məqsədləri odur ki, onlar 1990-cı illərdə olduğu kimi Azərbaycan cəmiyyətində panika və xaos yatarmaq istəyirlər. Amma məlumdur ki, 90-cı illərdə ölkədə müəyyən qarışıqlıq var idi və ordumuzun tam formalaşmamışdır. Ermənistan da bu amildən istifadə edərək torpaqlarımızı işğal etdilər. Amma indi həm Azərbaycan cəmiyyəti, həm də ordumuzun müharibəyə hazırdır. Buna bariz nümunə kimi dünən Gəncəyə edilən hücümdan sonra gəncəlilərin qorxmazlığını göstərmək olar. Ermənistanın indiki müharibədə qazanacağı bir uğur yoxdur.

Ermənistanın ikinci məqsədi odur ki, biz cavab addımları ataq və Ermənistandakı nöqtələri vuraq. Bundan sonra da Ermənistan Rusiyaya yalvararaq onların müharibəyə qarışmasına nail olmaq istəyir. Bildiyimiz kimi Rusiya neytrallığını qoruyur və prosesə qarışmır.

Biz bu vəziyyətdə soyuqqanlığımızı qorumalıyıq. Amma bu o demək deyil ki, Ermənistanın təxribatları cavabsız qalmalıdır. Ermənistan təxribat edirsə, biz onu cavabsız qoya bilmərik. Çünki Azərbaycan Ermənistanın təxribatlarını cavabsız qoysa, onlar hesab edəcəklər ki, biz nədənsə çəkinirik və onların raket zərbələri artacaq. Həmin nöqtələri biz vurmalıyıq və neytrallaşdırmalıyıq.

Elxan Şahinoğlu: “Ermənistan hakimiyyəti daha çox məğlubiyyətlə üzləşsə, bəlkə də Azərbaycanın şərti ilə razı olacaq”.

Əgər Ermənistan total müharibə istəyirsə, Azərbaycan total müharibəyə də hazırdır. Halbu ki, Azərbaycan öz ərazilərini azad edir. Prezident də vurğuladı ki, Ermənistandan təxribatlar artarsa, biz cavab tədbirlərini həyata keçirməyə hazır olmalıyıq.

Mən inanmıram ki, Prezidentin sülh şərtləri Minsk qrupunun həmsədrləri tərəfindən danışıqların əsas predmeti kimi qəbul edilsin. Əgər qəbul olunsaydı bu vaxta qədər ATƏT-in həmsədrlərinin hazırladığı mərhələli həll planı qəbul edilərdi. Azərbaycanın bir şərti var ki, Ermənistan işğal etdikləri Azərbaycan torpaqlarını tərk etsin. Buna da hazırki şəraitdə Ermənistan hakimiyyəti hazır deyil. Ermənistan hakimiyyəti daha çox məğlubiyyətlə üzləşsə, bəlkə də Azərbaycanın şərti ilə razı olacaq.

Minsk qrupu artıq tarixə qovuşdu. Belə bir qrup artıq bizə lazım deyil. Minsk qrupunun 30 illik mənasız fəaliyyətini gördük. Azərbaycan o zaman danışıqlar masasına oturacaq ki, ərazilərimizi düşməndən tamamilə azad edək və ya Ermənistanın işğalçı qoşunları ərazilərimizi tərk etsinlər. Amma Ermənistan qoşunlarının əraziləri tərk etməsinə inanmıram. Deməli torpaqlarımızı özümüz düşməndən azad etməli olacağıq. Bundan sonra biz masaya oturub saziş üzərində işləyə bilərik”.

Üzeyir Cəfərli : “Minsk qrupu artıq yoxdur və olmayacaq da. Çünki artıq Qarabağ məsələsi həll olunur”.

Ermənistanın dünən Gəncəyə, Mingəçevirə və strateji obyektlərimizə atəşə açmaqla ən böyük səhvini etdiyini vurğulayan hərbi ekspert əlavə edib ki, Ermənistan cavabını da mütləq alacaq:

Ermənistan artıq çıxılmaz durumdadır. Onlar Azərbaycanın böyük şəhərlərinə, hətta strateji obyektlərinə atəş açmağa cəhd göstərməklə Azərbaycanı nəyəsə məcbur etmək istəyirlər. Bu da atəşkəsin dayandırlmasına hesablanan addımdır. Amma atəşkəsin dayanması mümkün deyil. Dünən ölkə başçısı xalqa müraciətdə bunu birmənalı olaraq təkzib etdi. Hətta ölkə başçısı hədəfi də göstərdi. Bildirdi ki, bütövlükdə Qarabağla bağlı məsələ tam yekunlaşana qədər Azərbaycan ordusu öhdəsinə düşənləri edəcək.

Ermənistan özünə arxayın olsaydı bizim mülki vətəndaşlarımızı, gəncləri, həmçinin Gəncəni, Mingəçeviri vurmazdı. Ermənistan Azərbaycan əhalisi arasında inamsızlıq yaratmaq istəyir. Amma bu mümkün deyil. Onsuz da Azərbaycan adekvat tədbirlər görür. Səhər saatlarında Azərbaycan ordusu Ermənistanın bütün narahat nöqtələrini susdurmağa başlayıb. Ermənilər panik əhval-ruhiyyədə Xankəndini tərk edirlər. Artıq Xankəndində çörək çatışmazlığı var. Həmçinin orada qaz və enerji təchizatı dayandırılıb. Dükanlar da işləmir. Buna görə də əhalinin hamısı İrəvana qaçırlar.

Əlbəttə ki, Ermənistanın təxribatlarına qarşı Azərbaycan cavab tədbirləri görməlidir. Bildiyimiz kimi bir azdan Ərdoğanın rəhbərliyi altında Türkiyənin Nazirlər Kabinetinin iclası olacaq. İclasda Ermənistanın Azərbaycana olan hədə-qorxusu və hərəkətləri müzakirə olunacaq və qərar qəbul olunacaq. Yaxşı saatlarda maraqlı məsələlərin şahidi olacağıq.

Üzeyir Cəfərli : “İndi də Minsk qrupu gah deyir atəşkəs dayansın meyitlər götürülsün, gah da deyir danışıqlara gedin. Amma başa düşməlidirlər ki, bundan sonra danışıqlar olmayacaq”.

Ermənistan dünən Gəncəyə, Mingəçevirə və strateji obyektlərimizə atəşə açmaqla ən böyük səhvini etdi. Cavabını da mütləq alacaq.

Minsk qrupu artıq yoxdur və olmayacaq da. Çünki artıq Qarabağ məsələsi həll olunur. Azərbaycan öz əraziləri bütövlüyü məsələsini həll edir. Baxmayaraq ki, bu gün Azərbaycanın xarici işlər naziri Minsk qrupunun ABŞ hımsədri, dünən isə Fransa həmsədri ilə telefonla danışıb. Bunların hamısı son akkordlardır. Minsk qrupu getməlidir, çünki onlar beynəlxalq şəratanlardır. Onlar Azərbaycanın başına altına yastıq qoyurdular.

İndi də Minsk qrupu gah deyir atəşkəs dayansın meyitlər götürülsün, gah da deyir danışıqlara gedin. Amma başa düşməlidirlər ki, bundan sonra danışıqlar olmayacaq. Ermənistan ordusunu bir həftə ərzindən ərazilərdən geri çəkərsə, danışıqlar olar. Onu da qeyd edim ki, dünən prezident də bildirdi ki, onlara inanmaq olmaz.

Üzeyir Cəfərli : “Yaxın saatlarda daha xoş xəbərlər eşidəcəyik”.

Hesab edirəm ki, onlarla vaxt itirməyə bizim vaxtımız yoxdur. İndi məlumat gəldi ki, Kəlbəcər yolu bağlanıb. Yəni Ermənistan təhlükəsizlik tədbiri ilə bağlı olaraq Kəlbəcər yolunu bağladı. Bu da o deməkdir ki, Ermənistan artıq ölü vəziyyətdədir. Paşinyan da, dəstəsi də ağlını itirib.

Yaxın saatlarda daha xoş xəbərlər eşidəcəyik. Ermənistan başqa yolu yoxdur. Ermənistan ya işğal etdikləri ərazilərdən sağ-salamat geri çəkiləcəklər, ya da məhv olacaqlar”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır qəzasında həyayını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Abşeron rayonunda “Bilik günü” şəhid övladları ilə birgə qeyd edilib

Fransada Makrona qarşı etiraz aksiyası keçirilir

Ən çox oxunanalar