Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN cəbhə xəttində yaşayan əhaliyə erməni təxribatı ilə bağlı müraciət edib

Döyüş meydanında ardı-arda ciddi məğlubiyyətlərlə üzləşərək işğal etdikləri Azərbaycan torpaqlarını itirən Ermənistan tərəfi müxtəlif dezinformasiyalara əl ataraq ölkəmizin əhalisi arasında təşviş yaratmaqla vəziyyətdən mümkün qədər çıxmağa çalışır.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, ermənilər cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər edirlər. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qəti şəkildə bəyan edir ki, bu zənglər heç bir halda Nazirlik tərəfindən edilməyib və belə müraciətlər tərəfimizdən yayılmayıb. Bu, erməni təbliğat aparatının növbəti çirkin və uğursuz əməlidir.

Odur ki, bir daha vətənşlarımıza müraciət edərək belə zənglərə və ya çağırışlara heç bir halda inanmamağa, yalnız rəsmi dövlət qurumlarımızın rəsmi məlumatlarına etibar etməyə çağırır və əmin edirik ki, aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Oxşar zəng və ya məlumatlarla rastlaşdıqda Nazirliyin “112” qaynar xəttinə müraciət edilməsi xahiş olunur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar