Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinlə telefon danışığından sonra Paşinyanın dəyişən ritorikası nədən xəbər verir?

Putinlə dünən telefon danışığından sonra Nikol Paşinyanın ritorikası tamamilə dəyişib...

Politoloq: “Paşinyanın Bakı-Moskva-Yerəvan sammitindən imtina etməsi, Rusiyadan inciməsi bizim üçün bir fürsətdir”.

“Paşinyan özünü güclü lider bildiyi üçün cəbhəyanı ərazilərdə Azərbaycana qarşı müqavimət göstərməyə qərar verib. Amma Paşinyanın bu müqaviməti 1-2 rayonun rəsmən azad olunmasına qədər olacaq”.

Bu sözləri politoloq Əhəd Məmmədli Putinlə dünən telefon danışığından sonra dəyişən Nikol Paşinyan ritorikasını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı olub. Erməni tərəfinin təşəbbüsü ilə baş tutan görüşdə Dağlıq Qarabağdakı son vəziyyət müzakirə edilib.

Putin davam edən hərbi əməliyyatlardan narahat olduğunu dilə gətirib. Tərəflərin atəşi dayandırması və böhranın deeskalasiyası məqsədi ilə tədbirlər görülməsinə təcili ehtiyac olduğu qeyd edilib.

Putinlə dünən telefon danışığından sonra Nikol Paşinyanın ritorikası tamamilə dəyişib. Paşinyan hətta KTMT-yə belə kömək üçün müraciət etməyəcəyini açıqlayıb. Paşinyanın bu ritorikası nədən xəbər verir?

Mövzu ilə əlaqədar PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədlinin fikirlərini öyrənib.

Əhəd Məmmədli: “Biz döyüşləri surətləndirib, istədiyimiz nəticələri əldə etməliyik və başqa yolumuz yoxdur”.

Erməni ordusu döyüş meydanında daha da betər uğursuzluğa düçar olsa, Paşinyan hakimiyyətinin devriləcəyini proqnoz edən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, bu zaman da Moskva Ermənistana rəhbərliyinə istədiyi adamı gətirsə, o başqa ritorikada çıxış edəcək. Buna görə də biz döyüşləri surətləndirib istədiyimiz nəticələri almalıyıq və başqa yolumuz yoxdur:

“Hərbi əməliyyatlar başlayandan Paşinyan 2 dəfə Putinə zəng edib. Amma istədiyinə nail olmayıb. Əslində Paşinyanın Bakı-Moskva-Yerəvan sammitindən imtina etməsi, Rusiyadan inciməsi bizim üçün bir fürsətdir. Nə qədər çox ermənilər özlərini belə göstərsələr, bir o qədər yaxşı olar.

Ola bilsin ki, Paşinyan nəyisə hiss edib. Yəni Paşinyan güzəştə getməyənə qədər Rusiyanın 5 rayonu Azərbaycana qaytarmaq əminliyini bilir. Buna görə də Paşinyan Moskvanın təklifini qəbul etməyib. Həmçinin də Paşinyan özünü güclü lider bildiyi üçün cəbhəyanı ərazilərdə Azərbaycana qarşı müqavimət göstərməyə qərar verib. Amma Paşinyanın bu müqaviməti 1-2 rayonun rəsmən azad olunmasına qədər olacaq. Bundan sonra ermənilər döyüş meydanından qaçacaqlar.

Azərbaycan Moskva-Yerəvan anlaşılmamağından maksimum istifadə edib torpaqlarını azad etməlidir. Erməni ordusu döyüş meydanında daha da betər uğursuzluğa düçar olsa, çox güman ki, Paşinyan hakimiyyəti devriləcək. Bu zaman da Moskva Ermənistana rəhbərliyinə istədiyi adamı gətirsə, o, başqa ritorikadan çıxış edəcək. Buna görə də biz döyüşləri surətləndirib, istədiyimiz nəticələri əldə etməliyik və başqa yolumuz yoxdur”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Ən çox oxunanalar