Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb şeyxindən boşanan azərbaycanlı qadından son xəbər: “Valideynlərini həbs ediblər, özü isə...” Foto

Hüquq müdafiəçiləri Dubayda girov saxlanıldığı deyilən Zeynəb Cavadlının taleyindən narahatdırlar...

Bir neçə gündür Azərbaycanlı keçmiş gimnast, beynəlxalq dərəcəli idman ustası olmuş Zeynəb Cavadlının Dubayda başına gələnlərlə bağlı sosial şəbəkədə və mediada xəbərlər yayılır. Zeynəb Cavadlının sosial şəbəkədə yaydığı video-müraciət artıq neçə gündür ki, müzakirə edilir. Belə ki, ərəb şeyxinə ərə gedən keçmiş gimnast bildirib ki, həyat yoldaşı Şeyx Səid Əl Maktumdan ayrılıb və ərinin qohumları tərəfindən hədələnir. Qadın iddia edir ki, bu şəxslər onun övladlarını oğurlamağa çalışırlar.

Zeynəb Cavadlı və Səid Əl Maktum kimdir?

Zeynəb Cavadlı 1991-ci ildə Bakıda anadan olub, əslən Naxçıvandandır. O, 1999-2012-ci illərdə Azərbaycan bədii gimnastika yığmasının tərkibində çıxış edib. Lakin 2012-ci ildə aldığı zədə səbəbindən idmançı fəaliyyətini yekunlaşdırıb və məşqçi kimi çalışıb. 2013-cü ildə isə özünün gimnastika üzrə məktəbini açıb. Şeyxlə ailə qurduqdan sonra Dubaya köçüb və karyerasını bitirib.

Səid Əl Maktum 1976-cı ildə Dubayda anadan olub. Onun atası Maktum ibn Rəşid Əl Maktum 1990-2006-cı illərdə Dubay əmiri olub. Onun vəfatından sonra isə hakimiyyətə əmisi Məhəmməd ibn Rəşid gəlib. Səid Əl Maktum 1995-ci ildən etibarən peşəkar atıcı kimi fəaliyyət göstərir, Olimpiya oyunlarının iştirakçısıdır. Atasının vəfatından sonra onun 16 milyard dollar dəyərində qiymətləndirilən mirası yeganə övlad kimi Səid Əl Maktuma keçib. Səid Əl Maktum Birləşmiş Ərəb Əmirliklərinin ən varlı şeyxlərindən biri, mesenat kimi tanınır. Maktumun Zeynəbdən başqa iki həyat yoldaşı var. Onun ikinci həyat yoldaşı da azərbaycanlıdır.

Qəbələdə başlayan sevgi hekayəsi….

Zeynəb Maktumla 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olub və elə həmin il evlənib. Cütlüyün Səna,

Asiyə və Salamə adlı 3 qız övladı var. Onlar 9 ay öncə ayrılıblar. Bundan sonra Zeynəb kral sarayından ayrılaraq uşaqları və valideynləri ilə yaşadığı şəxsi villasına köçüb.

Bəs, Azərbaycan tərəfi Zeynəbə yardım edəcəkmi?

Musavat.com mövzu ilə bağlı Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu ilə əlaqə saxlayıb. O, bildirib ki, Z.Cavadlının problemini həll etməyə çalışırlar:

“Zeynəbin durumu bizi də narahat edir. Qohumları ilə əlaqə saxlamışıq. Onlar da Zeynəblə əlaqə qurmağa çalışırlar. Zeynəb rəsmən boşanmayıb. 9 aydır məhkəmə prosesi gedir. Zeynəb ailəsi ilə yaşayır. Əlimizdən gələni edəcəyik ki, onu övladları ilə şeyxdən qoruyaq. Belə məsələlər çox olur. Biz hay-küy salmadan həll edirik. Zeynəbə də yardım edəcəyik. Dövlət qurumlarına müraciət etməyə hazırlaşırıq”.

Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin “Din və maarifçilik” Mərkəzinin rəhbəri Əntiqə Qurbanova müsavat.com-a deyib ki, sabah Xarici İşlər Nazirliyinə müraciət edəcək:

“Hazırda Zeynəblə əlaqə saxlaya bilmirik. Nə instaqrama cavab verir, nə zənglərə. Qohumlarına da tapşırmışıq ki, Zeynəblə əlaqə qura bilsələr, bizə xəbər etsinlər. Ata-anası da Dubayda yaşayır. Evdə qıza hücum çəkiblər, valideynləri qızlarının tərəfini saxlayıblar deyə, tutublar. Xarici İşlər Nazirliyinə gedəcəm. Bildirəcəm ki, bizə şərait yaratsınlar, gedək Zeynəbin yanına. Zeynəb pis yolun yolçusu olmayıb ki… Gimnastımız olub, ailə qurub gedib Dubayda yaşayıb. Qızın orada üstünlükləri var. Zeynəbə şeyx titulu verilib, ora vətəndaşı olması barədə pasportu var. Sadəcə olaraq 9 ay qabaq əri onu boşamaq istədiyini deyib. Orada qayda var ki, ər-arvad boşansa, qızlar atada qalır. Övladlarını vermək istəmir Zeynəb. Əri şeyx tituluna və uşaqlarına görə yüksək məbləğ ödəməlidir. Biz bu işin arxası ilə gedəcəyik. Zeynəbin məsələsini belə qoya bilmərik”.
Könül, (Musavat.com)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Ən çox oxunanalar