Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramovla görüşündən sonra Lavrovun Mnatsakanyana tələsik zəngi... - Hansı məqsədi var?

Politoloq: “Rusiya Cənubi Qafqazda Türkiyənin mövqeyinin güclənməsindən və onların mövqeyinin zəifləməsindən çox narahatdır”

“Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra Ermənistanın xarici işlər naziri Mnatsakanyana zəng etməsi ilə verdiyi mesaj aydındır. Lavrov bununla demək istədi ki, Cənubi Qafqazda hər şey nəzarət altındadır və bizim nəzarətimizdədir”.

Bu sözləri politoloq Əhəd Məmmədli Rusiya xarici işlər naziri Sergey Lavrovun Ceyhun Bayramovla görüşündən sonra Ermənistanın xarici işlər naziri Mnatsakanyana etdiyi zəngin səbəbini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiyada rəsmi səfərdə olan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla təkbətək görüşdü. Bu görüşdə iki xarici işlər naziri strateji tərəfdaşlıqdan danışdı.

Lavrov Ceyhun Bayramovla görüşdən az sonra isə erməni həmkarı Zöhrab Mnatsakanyana zəng edib və regional vəziyyəti müzakirə edib.

Lavrov niyə bu qədər tələsdi və bununla hansı mesaji vermək istədi?

Mövzu ilə bağlı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Əhəd Məmmədli: “Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı günü-gündən möhkəmlənir. Bu da Ankara və Bakının Cənubi Qafqazda öz sözünü deməsidir”.

Rusiya Azərbaycanın Türkiyənin təsiri altına düşməsindən çox narahat olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, bu narahatlıqlarına görə də Rusiya ErmənistanAzərbaycan arasında manevrlər edir:

Rusiya Cənubi Qafqazda Türkiyənin mövqeyinin güclənməsindən və onların mövqeyinin zəifləməsindən çox narahatdır. Həmçinin Rusiya Azərbaycanın Türkiyənin təsiri altına düşməsindən çox narahatdır. Bu narahatlıqlarına görə də Rusiya ErmənistanAzərbaycan arasında manevrlər edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Şoyqunun da verdikləri açıqlamalar ancaq buna yönəlib. Bildiyimiz kimi Azərbaycana səfəri zamanı Şoydu Ermənistana silah satmadıqlarını dedi və bildirdi ki, Ermənistana göndərilən silahlar oradakı rus hərbi hissələri üçündür.

Əhəd Məmmədli: “Artıq Cənubi Qafqaza müdaxilə var və heç də hər şey rusların nəzarəti altında deyil”.

Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra Ermənistanın xarici işlər naziri Mnatsakanyana zəng etməsi ilə verdiyi mesaj aydındır. Lavrov bununla demək istədi ki, Cənubi Qafqazda hər şey nəzarət altındadır və bizim nəzarətimizdədir. Lavrov bildirdi ki, Cənubi Qafqaza heç kəs müdaxilə edə bilməz.

Amma qeyd edim ki, vəziyyət artıq əvvəlki vəziyyət deyil. Artıq Cənubi Qafqaza müdaxilə var və heç də hər şey rusların nəzarəti altında deyil. Çünki Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı günü-gündən möhkəmlənir. Bu da Cənubi Qafqazda öz sözünü deməkdir. Rusiyanı da ən çox narahat edən bu məsələdir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Bank kartlarına kiberhücumlar edərək külli miqdarda pulları ələ keçirən dəstə üzvləri həbs edilib

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Süleyman Mikayılovun Müşviqabad qəsəbəsində səyyar qəbulu keçirilib

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim    

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Dövlət başçısı: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Ən çox oxunanalar