Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusa görə 39 sahə məntəqəsinin ikinci monitorinqi keçirilib

Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən COVID-19 virusu ilə mübarizə məqsədilə yaradılan sahə məntəqələrinin ikinci monitorinqi həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, 25.07.20 -15.08.20 müddəti ərzində təşkil olunan ikinci monitorinqin əsas məqsədləri tibbi heyətin COVID-19 virusu ilə bağlı davamlı təlimatlandırılması, burada aparılan iş prosesinin düzgün idarəedilməsi və keyfiyyətli şəkildə koordinasiyasına nəzarət etməkdir və monitorinq zamanı müəyyən olunan nöqsan, çətinlik, spesifik hallar və inkişaf sahələri üzrə öz peşəkar tövsiyələrini verməkdən ibarət olub.

Monitorinq xüsusi yoxlama vərəqəsi üzrə həyata keçirilib, ona əsasən nəzarətə götürələn sahələr aşağıdakılardır:

Sahə məntəqəsinin yerləşdiyi bina və girişinin monitorinqi. Adətən sahə məntəqələri poliklinikaların ayrıca korpusunda yer alır və yaxud poliklinikanın birinci mərtəbəsi sahə məntəqəsi üçün ayrılır və mütləq məntəqəyə ayrı giriş təmin edilir. Bu şərtləri qarşılaya bilməyən poliklinikaların ərazisində xüsusi tibbi avadalıqlarlarla təchiz edilmiş konteynerlər quraşdırılıb. Bu məntəqələr qırmızı lentlərlə əhatə olunub və girişlərində həmin məkanların COVID-19 virusu ilə mübarizə üçün ayrıldığı qeyd olunub və kənar şəxslərin qəti şəkildə binaya və yaxud konteynerə daxil olmaları qadağan olunduğu vurğulanıb.

Sahə məntəqəsində fəaliyyət göstərən tibb personalının və səyyar tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi. Mövcud karantin şəraitində koronavirus xəstələrinə evdə xidmət edən həkim və tibb personal istifadə etdiyi qoruyucu geyimlə təmin olunur. İstifadə ediləndən sonra bu geyimlər düzgün şəkildə ləğv edilmək məqsədilə xüsusi “çirkli” zonalara toplanılıb, sonra aidiyyatı qurumlara utilizasiya məqsədilə təhvil verilməsinə nəzarət olunur.

Sahə məntəqəsinə ayrılmış tibbi ləvazimatların təhvil-təslim aktları üzrə hesabatların yoxlanılması. Hər məntəqə üçün ayrılmış qoruyucu kombinezon, maska, papaq, əlcək və eynəkdən ibarət olan tibb ləvazimatlarının saylarının təhvil-təslim aktları üzrə hesabatlarına nəzarət edilir və əlavə saylara ehtiyacı müəyyən edilir.

Dərmanların saxlanılması şəraiti. Xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən xəstələrə evdə müalicə almaq üçün Səhiyyə Nazirliyi tərəfindən verilən dərman preparatlarının sahə məntəqəsində saxlanılma şəraiti və çatdırılma prosesinə nəzarət edilir.

Yoluxma şübhəsi ilə daxil olunan müraciətlər üzrə götürülən COVID-19 testinin barkodlaşdırılması və sənədləşdirilməsi. Yoluxma şübhəsi ilə müraciət edən vətəndaşın ünvanına COVID-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir. Həmin test məntəqəyə gətirilir, barkodlaşdırılır və sənədləşdirilir. Bu prosesin düzgün aparılması çox vacib əhəmiyyət daşıyır və daim işçi qrupunun diqqət mərkəzində saxlanılır.

814 Çağrı Mərkəzi və poliklinikaların nəzdindəki qeydiyyat şöbəsinin funksionallığı. Vətəndaşlar yoluxma şübhəsi yarandıqda ilk addım olaraq 814 Çağrı Mərkəzi və ya poliklinikaların nəzdindəki qeydiyyat şöbələrinə telefon zəngi vasitəsilə müraciət edirlər. Çağrı mərkəzinin və qeydiyyat şöbələrinin bilavasitə vəzifəsi daxil olmuş müraciəti rəsmiləşdirmək və vətəndaşın ünvanına əsasən müraciətləri sahə həkiminə yönləndirməkdir. Bundan dərhal sonra sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyətini dəyərləndirmək üçün məlumat toplayır və dəyərləndirmə əsasında COVID-19 testinin səyyar tibb xidməti tərəfindən keçirilib-keçirilməməsinə qərar verir.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun tərəfindən həyata keçirilmiş monitorinqin nəticəsi göstərib ki, simptomsuz və yüngül simptomlu COVID-19 xəstələrin ev şəraitində müayinə və müalicəsini təmin etmək üçün yaradılmış sahə məntəqələri əhaliyə göstərilən təcili tibbi yardım və stasionar müalicə xidmətlərinin iş həcminin azalmasına əhəmiyyətli dərəcədə dəstək olub, əhaliyə daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin edib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ən çox oxunanalar