Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hafka” generalla 100 minlik qalmaqaldan danışdı: "Bizim kiminlə problemimiz var ki?"

“Hafka” ləqəbli Hafiz Məmmədov adlı iş adamı Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) Nürəddin Mustafayevlə adının hallanmasına münasibət bildirib.

PİA.az xəbər verir ki, Hafiz Məmmədov “MediaPost”a açıqlamasında əvvəlcə İsmayıl Kəngərlinin onun vəkili olduğunu təsdiqləyib və daha sonra yayılan məlumatlara aydınlıq gətirib.

“Guya yazırlar ki, tələbkar olduğum qətnamənin icrası ilə bağlı generala 100 min manat pul vermişəm. Həqiqətən, mən bu məsələlərdən məlumatsızam. Bizim heç vaxt belə məsələlərdə problemimiz ola bilməz. Bizim kiminlə problemimiz var ki? İsmayıl Kəngərli özü də bu məsələ ilə bağlı aydınlıq gətirib", - o bildirib.

Hafiz Məmmədov general Nurəddin Mustafayevlə şəxsi münasibətlərinin olub-olmamasından da danışıb: “Şəxsi tanışlığım yoxdur. Onun harada işlədiyini bilirdim, kim olduğunu yaxşı tanıyıram”.

Xatırladaq ki, tanınmış vəkil Adəm Məmmədov vəkil İsmayıl Kəngərlinin adından general Nürəddin Mustafayevin işdən çıxarılmasının səbəbini sözügedən məsələ ilə bağlı olduğunu iddia edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Ən çox oxunanalar