Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandan Türkiyəyə uçuşların vaxtı açıqlandı - Video

Azərbaycan Hava Yolları Türkiyənin Antalya və digər istirahət zonalarına uçuşları bərpa edə bilər. Bununla bağlı danışıqlar gedir.

Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev bildirib ki, çoxsaylı müraciətləri nəzərə alaraq, belə bir təklif hazırlanıb və AZAL-a təqdim edilib. Yaxın günlərdə həmin təklifin qəbul ediləcəyi gözlənir. Həmçinin avqustun 1-dən turizm agentlikləri də aviabilet satışı həyata keçirə biləcəklər.

''Yaxın günlərdə Azərbaycandan birbaşa Türkiyənin istirahət zonalarına da aviauçuşlar bərpa olunacaq''.

Bunu Turizm Agentlikləri Asossiasiyasının sədri Rüfət Hacıyev deyib. Assosiasiya tərəfindən Türkiyənin istirahət mərkəzlərinə uçuşların bərpa edilməsi ilə bağlı təklif hazırlanaraq Azərbaycan Hava Yollarına təqdim edilib.

Rüfət Hacıyev həmçinin onu da bildirdi ki, artıq turizm agentlikləri də aviabiletlərin satışını həyata keçirə biləcəklər. İndiki vəziyyətdə turizm şirkətləri hazırladıqları turpaketlərə aviabiletləri daxil edə bilmirdilər və bu da bir sıra çətinlik yaradırdı. Bu problemin həll edilməsi ilə bağlı Dövlət Turizm Agentliyi, Turizm Assosiasiyası, AZAL və Türk Hava Yolları razılaşma əldə edib.

Turizm üzrə mütəxəssislər bildirirlər ki, Türkiyənin istirahət zonalarına uçuşların bərpa edilməsi və bilet probleminin həlli Azərbaycandan bu ölkəyə gedən turistlərin sayını bir neçə dəfə artıracaq. Artıq tərkibində bilet olan turpaketlər hazırlanıb.

Qeyd edək ki, hazırda AZAL aviareyslerin bərpası üçün Rusiya daxil olmaqla, bir sıra dövlətlərlə danışıqları davam etdirir. Yaxın vaxtlarda bəzi ölkələrə də uçuşların bərpası gözlənir.

piaaz

 


Etiket: Təyyarə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Ən çox oxunanalar