Tarixdə bu gün hansı hadisələrlə yadda qalıb?
PİA.az 28 iyulda baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:
1741 - Vitus Berinqin gəmisi Alyaskaya çatıb.
1821 - Xose de San-Martin Perunun İspaniyadan müstəqilliyini elan edib.
1896 - Floridada Mayami şəhərinin əsası qoyulub.
1914 - İyul böhranının kuliminasiya nöqtəsi kimi Avstriya-Macarıstan Serbiyaya müharibə elan etməklə Birinci dünya müharibəsinin başlamasına səbəb olub.
1942 - II DM: Stalin Sovet ordusunun döyüş əzmində dönüş yaradan, döyüşdə geri çəkilməyi qadağan edən 227 nömrəli əmri imzalayıb.
1943 - II DM: Qomorra əməliyyatı çərçivəsində Kral Hava Qüvvələrinin Hamburqu bombalaması nəticəsində 42 min dinc sakin həlak olub.
2010 - Pakistanda Airbus A321 təyyarəsinin qəzaya uğraması nəticəsində 152 nəfər həlak olub.(Yenisabah.az)
pia.az