Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev Kanada televiziyasına müsahibəsində Sarqsyanın hədələrindən danışdı - Video

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kanadanın “CTV News” kanalına müsahibə verib.

PİA.az-ın məlumatına görə, H.Hacıyev bildirib ki, SSRİ-nin dağılmasından bəri Azərbaycan Ermənistanın hərbi təcavüzündən əziyyət çəkir.

O, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirildiyini xatırladıb.

H.Hacıyev Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi silahlı təxribat barədə də danışıb.

Prezidentin köməkçisi Ermənistanın Tovuz istiqamətindəki mövqelərimizi artilleriyadan atəşə tutduğunu, mülki sakinlərin hədəfə alındığını da bildirib.

H.Hacıyev Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın müxtəlif zamanlarda Azərbaycanın neft-qaz infrastrukturunu vuracaqları barədə hədələrindən də danışıb.

“O cümlədən Bakını “İsgəndər” raketləri ilə hədələyib, Azərbaycanın bir sıra şəhərlərini dağıdacaqlarını bildirib”, - deyə, H.Hacıyev əlavə edib.

Şöbə müdiri Ermənistandakı “Metsamor” atom elektrik stansiyasının region üçün təhlükə yaratdığını da diqqətə çatdırıb.(Oxu.Az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq

Ən çox oxunanalar