Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aydın Mirzəzadə sosial şəbəkədə yaydığı siyahıdan danışdı

Bir neçə gündür, sosial şəbəkələrdə Milli Məclisin deputatı Aydın Mirzəzadənin ad günü münasibətilə onu təbrik edənlərin siyahısını yayması müzakirə edilir. Müzakirələrdə iştirak edənlər deputatın bu siyahını dərc etmək üçün zaman ayırmasına irad tutublar...

Sözügedən iradlarla bağlı "Qafqazinfo"ya açıqlama verən A. Mirzəzadə bildirib ki, bir qrup insanlar deputatları adi insani xasiyyətlərdən məhrum robot kimi təsəvvür edirlər:

"Onlara elə gəlir ki deputat günün 24 saatı ancaq siyasətlə, qlobal məsələlərlə məşğuldur. Onun şəxsi həyatı, mövzuları yoxdur. Deputat da insandır. Hamının yaşadığı həyatdan o da yaşayır. Əksinə, deputatın sosial şəbəkədə aktiv olması onun insanlarla açıq olmasını göstərir. Ad günü ildə bir dəfə olur. Çox sayda insanlar vaxt ayıraraq mənim səhifəmə, poçtuma məktub yazıblar. Telefonuma çox sayda təbrik zəngləri gəlib. Mən bu insanlara quru sözlə “sağ ol” deyim? Bəs bu insanların mənə ayırdıqları vaxt, diqqət? Bunları mən qiymətləndirilməli deyiləmmi? Ona görə də vaxtımın bir hissəsini mənə göndərilən təbriklərin siyahısını tərtib etməyə sərf etdim. Kimsə hesab edirsə ki, bu çox böyük vaxt və zəhmət tələb edir, mənə elə gəlir ki, onların dəftərxana işindən xəbərləri yoxdur. Artıq mən bir neçə ildir ki bunu edirəm. Mən görürəm ki, insanlarda bu, maraq doğurur. Siyahını yayandan sonra onu iki dəfə də yeniləməli oldum. Müəyyən sayda insanlar mənə yazaraq adlarını siyahıda tapmadıqlarını bildirdilər.

Deputatlıq səlahiyyətimin yerinə yetirilməsinə gəlincə isə, qoy kimsə mənə desin ki, nəyisə səhv edirəm. Seçicilərimlə görüşürəm, onların problemlərini parlamentdə qaldırıram. Onlayn görüşlər keçirirəm. Daim cəmiyyətin içindəyəm. Mənim mobil telefonumu respublikada hər kəs bilir. İstədikləri vaxt istənilən məsələylə bağlı mənə zəng edə bilirlər. Əlavə olaraq deputat kimi nə etmişəmsə, qoy kimlərsə mənə iradını bildirsin. Mənə irad bildirənin səhifəsinə daxil oluram və görürəm ki, onun statusunu cəmi iki nəfər bəyənib. Mən ona sual edirəm, sən özün nə qazanmısan? Mən başa düşürəm ki, siyahını dərc etmək yenilikdir, ancaq bunda qəbahət görmürəm".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar