Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin varis planından vaz keçdiyini açıqladı - Kimlərin üstündən xətt çəkdi?

Rusiya prezidenti Vladimir Putin 1 iyul referendumu ərəfəsində “Rossiya 1” telekanalına həm varis planı, həm gələcək prezidentliyi haqda danışıb...

Kremlin bir nömrəli təbliğatçısı Dmitri Kiselyov hələ ötən il Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri qarşısında çıxışı zamanı bəyan etmişdi ki, Rusiya prezidenti Vladimir Putin “səhərdən axşama” varis barədə düşünür.

Jurnalist demişdi ki, Rusiya prezidenti özü bunu etiraf edib:

“Putin özü dedi ki, o, varis barədə səhərdən axşama qədər fikirləşir. Çünki onun üçün qapını çırpıb getmək və özündən sonra varis qoymamaq məsuliyyətsizlik olardı. Hesab edirəm ki, istənilən məsuliyyətli siyasətçi hakimiyyətin vərəsəliyini təmin etməlidir”.

“Putinin səlahiyyət müddətinin bitməsinə hələ çox var” deyən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd etmişdi ki, varis barədə Kremldə heç kim fikirləşmir.

Rusiya prezidenti Vladimir Putin 1 iyul referendumu ərəfəsində “Rossiya 1” telekanalına həm varis planı, həm gələcək prezidentliyi haqda danışıb. Prezident öncə deyib ki, hələ 2024-cü ildə növbəti müddətə namizəd olub-olmayacağına qərar verməyib.

“Hələ heç bir qərar verməmişəm. Bu konstitusiya ilə təsbit edilərsə, namizəd olma ehtimalını da istisna etmirəm. Görək, o zaman bilinəcək”, - deyə, prezident cavab verib.

Putin hamını düşündürən mümkün varis planı haqqında da danışıb. O, "Biz varislər axtarmamalı, işləməli, çalışmalıyıq" deyib.

Putin əlavə edib ki, Rusiya siyasi sistemi özünü həm daxili, həm də xarici zərbələrdən qorumağa hazır olmalıdır. Yada salaq ki, Vladimir Putinin hakimiyyətdə qalmaq müddəti 2024-cü ildə başa çatır və ölkəsinin konstitusiyasına uyğun olaraq, o, bir daha prezident seçilə bilməzdi. 2024-cü ildə Rusiya liderinin 71 yaşı olacaq. Bu yaş isə hazırda hakimiyyətdə olan bir sıra prezidentlə müqayisədə belə, Putinə yenidən kürsüsündə qalmaq şansı verir.

Moskva meri Sergey Sobyanin

Qeyd edək ki, Putinin mümkün varisləri sırasında Moskva meri Sergey Sobyanın, Prezident Administrasiyasının rəhbəri Anton Vaynonun, Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin və Müdafiə naziri Sergey Şoyqunun adı çəkilirdi.

Qərb mediası isə Müdafiə naziri Sergey Şoyqunu digərlərinə nisbətən Putinin varisi olmağa daha şanslı hesab edirdilər.

Müdafiə naziri Sergey Şoyqu

İddia olunurdu ki, Rusiya Silahlı Qüvvələri məhz Şoyqunun rəhbərliyi altında güclənərək Putinin xarici siyasətdəki əsas silahına çevrilib. Putindən 3 yaş kiçik olan Şoyqu Rusiya hökumətində çoxdan yüksək postda işləyən az adamdan biridir.

Şoyqu hələ SSRİ dağılmazdan əvvəl – 1990-cı ildə yüksək vəzifə tutub. Rusiyalı analitiklər isə bu qənaətdədirlər ki, prezidentin varisi gənc, eyni zamanda yetkin olmalı, Putinə və onun adamlarına təminat verməli, siyasi çəkisi, həmçinin məmurlar və ordu arasında dəstəyi olmalı, indiki prezidentdən radikal şəkildə fərqlənməli, nəhayət, Qərblə əlaqələri təmin edə bilməlidir.

Rusiya Dumasının spikeri Vyaçeslav Volodin bir neçə gün sonra keçiriləcək referendum haqda gazeta.ru saytına geniş müsahibə verib.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin

Volodin deyib ki, konstitusiyaya edilən dəyişikliklər Rusiyanı daha da gücləndirəcək, çünki bunlar cəmiyyətin tələbidir.

Spiker bildirib ki, Vladimir Putindən sonra qurduğu sistemi davam etdirəcək və ölkənin əsas qanununa edilən dəyişikliklər Rusiyanı daha da gücləndirəcəkdir.

Onun sözlərinə görə, gələcək dövlət başçısı hazırkı prezidentin kursunun davam etdirəcək.

"Əgər güclü Rusiya haqqında danışırıqsa, onda Putindən sonra yenə Putin olacaq. Prezident Putindən sonra baş verən hər şey onun qoyduğu siyasi iradənin davamı olacaq. Rusiya yalnız bu halda güclü ola bilər. Prezidentin təklif etdiyi konstitusiya dəyişiklikləri Dövlət Dumasına əlavə səlahiyyətlər verir, bu, prezident səlahiyyətlərinin bir hissəsinin vətəndaşlara verilməsi deməkdir", - deyə, spiker bildirib.

Prezident Administrasiyasının rəhbəri Anton Vayno (musavat.com)

pia.az


Etiket: Putin Varis


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Füzuli, Ağdam və Cəbrayılın 29 kəndində və Horadizdə yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb

Ən çox oxunanalar