Azərbaycan millisinin keçmiş futbolçusu Elhad Nəziri bir vaxtlar xalq artisti Aygün Kazımova ilə yayılan fotosundan və onunla "sevgi" münasibətlərindən danışıb...
PİA.az xəbər verir ki, o, Aygün Kazımovayla sevgili deyil, dost olduqlarını bildirib: "Xeyr, mən Aygün xanımla dost olmuşam. Başqa bir fikrim də olmayıb. Həmin üzüyü də mən ona ad günü ərəfəsində hədiyyə etmişdim".
Sabiq futbolçu Aygünlə hazırkı dostluq münasibətindəndən söz açıb: "Görəndə salam- sağ ol… Aygün Kazımovadan başqa, Musa Musayev, Tərana Qumral, Abbas Bağırov, Niyam Salami, meyxanaçı Vüqar və bir çox şou əhliylə yaxşı münasibətim var" (unikal.org).
pia.az