Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şərq Tərəfdaşlığı” ölkələri XİN başçılarının konfransının gündəliyi açıqlanıb

“Şərq Tərəfdaşlığı” ölkələrinin Xarici İşlər nazirlərinin iyunun 11-də virtual formatda keçiriləcək konfransının gündəliyi açıqlanıb...

APA-nın Avropa İttifaqı (Aİ) Şurasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nazirlər 2020-ci ildən sonra “Şərq Tərəfdaşlığı” və beş uzunmüddətli siyasi məqsəd - iqtisadiyyat və əlaqəlilik, məsuliyyətli institutlar, qanunun aliliyi və təhlükəsizlik, yaşıl və rəqəmsal dəyişikliklər, ədalətli və inklüziv cəmiyyətlər barədə Avropa Komissiyasının və Aİ Şurasının təsdiqlədiyi Birgə Kommunikasiyanı müzakirə edəcəklər.

Nazirlər həmçinin rifah və səhiyyə sahələrində, xüsusilə də ictimai səhiyyə və COVID-19 pandemiyası ilə bağlı əməkdaşlığı gücləndirməklə əlaqədar Birgə Kommunikasiyaya yeni əlavələri nəzərdən keçirəcəklər.

XİN başçıları eyni zamanda, həm səhiyyə sektorundakı ehtiyacları, həm də COVID-19-un uzun müddətli sosial-iqtisadi təsirlərini aradan qaldırmağı hədəfləyən Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələrinə verdiyi dəstək ətrafında fikir mübadiləsi aparacaqlar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

Ən çox oxunanalar