Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mən “div” doğulmuşam, Aygün isə “diva”dır” - Elza Seyidcahan - Video

Əməkdar artist Elza Seyidcahan gündəmi çalxalayacaq açıqlamalar verib...

Oxu.Az xəbər verir ki, ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olan sənətçiyə verilişinin heyəti tərəfindən zərflər təqdim olunub.

Elza zərflərdən çıxan sözlərin monitorda fotosu əks olunan hansı sənət nümayəndəsinə aid olduğunu müəyyən etməli idi. İlk zərfdə yazılan “Ən çox hiti olan müğənni” sözləri üçün müğənni Əməkdar artist Ədalət Şükürov və Xalq artisti Aygün Kazımovanın adlarını çəkib.

İkinci zərfdəki “Yalançıdır” sözünə isə Seyidcahanın cavabı belə olub: “Monitorda olan müğənnilər arasında həmin yalançı var. Özü də ağ yalançıdır. Amma adını demək istəmirəm. Adı lazım deyil baş hərfi “Y”, yəni yalançı”.

Üçüncü zərfi açıb “Diva” sözünü görən Elza kameranın onu yaxından çəkməsini xahiş edərək, fikirlərini belə davam etdirib: “Diva” Aygün Kazımovadır. “Div” də olur, “diva” da. “Diva” div sözündən yaranıb. Mən “div” doğulmuşam. Daha “A”ya ehtiyac yoxdur. Aygün Kazımovanın adı “A” hərfi ilə başladığı üçün “div” sözünün sonuna “A” hərfi gəlib, olub “Diva”.

Dördüncü zərfdən çıxan “xəsis” sözünə bəstəkar – müğənni Ramal İsrafilovun adını çəkərək, onu xəsislikdə ittiham edib: “Xəsis Ramal İsrafilovdur. O mənim 3-4 mahnımı oxuyub. Karantin dövründə gəlib “mənə dəyməli idi” (Oxuduğu mahnıların pulunu verməlidir – red.). Hardadır onun bazarlıqları? Gəlib qapımı döyüb deməli idi ki, ananız harada yaşayır, gedim ona bazarlıq aparım. Bəs mən sənə 3-4 mahnı hədiyyə etmişəm. Hardasan ay Ramal?”

Reklamlardan sonra E.Seyidcahan R.İsrafilov barədə söylədiyi qalmaqallı və sərt fikirlərini yumuşaltmaq üçün sözlərinə düzəliş edərək “Əslində Ramal xəsis deyil. Sadəcə ona ərkim çatdığından adını çəkdim. Amma monitorda olan həmkarlarım arasında simic, yalançı, süni və saxtakar var. Allaha dua edirəm ki, yatanda yuxuma o girməsin”, - deyərək məsələyə nöqtə qoyub.

pia.az


Etiket: Elza Seyidcahan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar