Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General Azərbaycan Ordusunun malik olduğu bəzi silahları açıqladı

“Azərbaycan Ordusunun hərbi texnikaları mexanikləşdirilib. Ermənistan buna qadirdir?! Əlbəttə, xeyir”... 

Bunu “Report”a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov deyib.

Hərbi-texniki ehtiyatlardan danışan general bildirib ki, Azərbaycan bütün silah və raket sistemlərini modifikasiya edib.

Ermənistan köhnə BM-Qrad tipli reaktiv yaylım sisteminə malikdir. Sonra xarici dövlətdən 80 km. məsafədəki obyektləri vuran reaktiv yaylım sistemi aldılar. Düşmənin ordusunda özüyeriyən artilleriya qurğuları da var. Toplar isə ümumidir, D-20, D-30 və s. Azərbaycanda isə bütün bu sistemlərin modifikasiya edilmiş və yenidən istehsal olunan müasir formaları mövcuddur. Bunlar Belorusdan, İsraildən, Cənubi Afrika Respublikasından və digər dövlətlərdən alınıb. Bizim xarici ölkələrlə çox güclü hərbi-texniki əməkdaşlığımız var. Azərbaycan hərbi bazarda aparıcı dövlətlərdən olan Çin və Rusiyadan istədiyi silah və texnikanı ala bilir. Ermənistan buna qadirdirmi? Əlbəttə, xeyir”, o vurğulayıb.

Y.Aydəmirovun sözlərinə görə, ermənilər bir neçə il əvvəl “İsgəndər” zenit-raket kompleksi ilə bağlı böyük təbliğat aparır, ajiotaj yaradırdılar: “Guya bununla Azərbaycanı vuracaqlar və s. Ancaq biz dinmədik, çünki artıq o dövrdə İsrail istehsalı olan dəmir örtüklü raket əleyhinə müdafiə sistemimiz ("Dəmir qübbə") var idi. Azərbaycan “İsgəndər”dən də iki qat möhtəşəm və yeni istehsal olunmuş taktiki-raket sisteminə malikdir. Ancaq elə sistemlər də var ki, Ali Baş Komandan onları açıqlamayıb. Çünki Ermənistanın hansısa çıxışına Azərbaycan sözlə yox, əməli ilə cavab verir. Hərbi paradda, yaxud da təlimlərdə yeni silahlarımızı nümayiş etdiririk. Ermənilər 40 ilin T-72 tankının nəyini modifikasiya edəcəklər? Azərbaycanda isə bütün “72”lər modifikasiya olunub. Ölkəmiz T-90 tankına malikdir”.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar