Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Yerə ən yaxın məsafədən komet keçəcək

SWAN kometi bu gün Yerə ən yaxın məsafədən (84 mln km) keçəcək...

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məluamta görə, komet mayın 27-də isə periheliona çatacaq, yəni Günəşə ən yaxın məsafədən (64.4 mln km) keçəcək.

Astronomlar hesab edirlər ki, SWAN kometi bu aralar partlayış modunda olmalıdır. Bu müşahidəçilərə onu açıq gözlə görməyə şans yaradacaq. Bu yanma nəticəsində kometin parlaqlığı 3.5 ulduz ölçüsü pik həddinə çata bilər. Belə olduğu təqdirdə hətta Şimal yarımkürəsindən də o, rahat müşahidə oluna bilər.

Hazırda komet astronomların proqnozlarına əsasən, öz parlağlığını 8-dən 5-ə qədər artırıb. Bu isə imkan verir ki, yardımçı vasitə olmadan o, gecə təmiz və qaranlıq səmada adi gözlə müşahidə olunsun. Bəzi müşahidəçilər artıq açıq gözlə izləyib və maraqlı şəkillərini də çəkiblər.

Qeyd edək ki, kometlərin xüsusiyyətlərindən də biri onların hərəkətlərinin proqnozlaşdıra bilinməməsidir. Kometi müşahidə etmək istəyənlər onun hazırkı mövqeyində axtara bilərlər. Daha dəqiq komet mayın 15-dəTriangulum (üçbucaq bürcü) bürcündə olacaq. 19, 20, 21 may gecələri SWAN kometi Alqol adlı ulduza yaxın olacaq.

Proqnozlara əsasən iyulun əvvələrində bu səma cismi özünün ən parlaq həddinə çatacaq.

Qeyd edək ki, martın 25-də Avropa Kosmik Agentliyi (ESA) və NASA tərəfindən idarə olunan Günəş Heliosferik Rəsədxanasının (SOHO) kosmik gəmisində yerləşən SWAN (Solar Wind Anisotropies instrument) kamerası vasitəsilə çəkilmiş şəkillər müşahidəçilərin diqqətini cəlb edib. Avstraliyalı həvəskar astronom Maykl Mattiazzo həmin şəkillər əsasında aprelin 11-də bir quyruqlu obyekti kəşf edib. Bu quyruqlu ulduz SWAN kometi adlandırılıb və C/2020 F8 (SWAN) kimi kataloqlara salınıb.(Report)

pia.az


Etiket: komet


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ən çox oxunanalar