Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ögey ana"da İsmayılın dostu - Dadaş uzun illərdən sonra - Foto

Azərbaycanın kino tarixində layiqli yer tutan məşhur "Ögey ana" filmi uzun illər keçməsinə baxmayaraq, bu gün də ekranlardan düşmür...

Bu filmlə Azərbaycanın kino tarixinə damğa vurmuş görkəmli rejissor Həbib İsmayılov hamını ögey ana haqqında düşüncələrdə kök salmış obraza yenidən baxmağa məcbur etdi. Axı dünyanın əksər xalqlarının istər şifahi, istərsə də yazılı ədəbiyyatında ögey analar amansız və zülmkar kimi təsvir olunub. Onlar ögey övladlarına zülm edir, işgəncələr verirlər. "Ögey ana" filmi isə Dilarənin timsalında tamamilə fərqli, doğma ana qədər şəfqətli, fədakar və sevimli bir obraz təqdim etdi.

PİA.az modern.az-a istinadən bildirir ki, bu filmə mükəmməl aktyor seçimi onun uğurlu alınmasına səbəb olub. Fateh Fətullayev, Ceyhun Mirzəyev, Nəcibə Məlikova, Ələsgər Ələkbərov, Nəsibə Zeynalova, Həqiqət Rzayeva kimi tanınmış aktyorlar filmin uğurlu alınmasında böyük əmək sərf edib...

"Ögey ana" filmində ikinci dərəcəli rollardan biri də İsmayılın dostu Dadaşdır. Epizodik rol olsa da, Dadaş tamaşaçıların yaddaşında yaxşı qalıb. Yəqin ki, bunu filmi izləyən hər kəs təsdiqləyə bilər.

Dadaş rolunun ifaçısı olmuş Ceyhun Şərifov Xalq artisti, görkəmli aktrisa, uzun illər Azərbaycan radiosunda "Bulaq" verilişinin aparıcısı olmuş Məhluqə Sadıqovanın oğludur.

Ceyhun Şərifovun atası xalq artisti Ələsgər Şərifov da Azərbaycanın tanınan aktyor və rejissorlarından olub.

Bu ailənin Ceyhun, Yalçın və Natəvan adlı üç övladı dünyaya gəlib

"Ögey ana" filmində Dadaş rolunun ifaçısı olmuş Ceyhun Şərifov bir neçə il AzTV-də idman şərhçisi kimi fəaliyyət göstərib. Onun hazırda harada, nə işlə məşğul olduğunu dəqiqləşdirə bilməsək də, fotosunu təqdim edirik.

Fotolar

pia.az


Etiket: Ögey ana

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Füzuli, Ağdam və Cəbrayılın 29 kəndində və Horadizdə yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb

Ən çox oxunanalar