Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Şirəliyev əmr imzaladı - Baş həkim işdən çıxarıldı

Goranboy Mərkəzi Xəstəxanasının Baş həkimi vəzifəsindən uzaqlaşdırılıb...

Bu gün Goranboy Rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in nümayəndəsinin iştirakı ilə iclas keçirilib. İclasda xəstəxananın Baş həkimi Rüstəm Budaqov və reanimasiyanın şöbə müdiri Şubay Hacıyevin koronavirusla mübarizə tədbirlərinə laqeyd münasibəti müzakirə olunub. Baş həkim bu səbəbdən də işdən azad olunub. Bundan əlavə Rüstəm Budaqovun fəaliyyət dövrünün yoxlanılması ilə baglı qərar verilib.

Goranboy Mərkəzi Xəstəxanasının Baş həkimi Rüstəm Budaqov isə açıqlamasında işdən çıxması ilə bağlı məlumatı belə təsdiqləyib: "İşdən çıxdım. Biz TƏBİB-ə tabeyik. Mən bir həftə bundan öncə ərizə ilə müraciət etmişdim. Onlar da bu gün ərizəmə baxıb məni azad etdilər. Onlar getməyimi istəmirdi. Amma bildirdim ki, səhhətim yerində deyil, əməliyyat olunmalıyam, ürəyimdə problem var. Amma Subay Hacıyev işinin başındadır".

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva isə məsələdən məlumatsız olduğunu dedi: "Tədbirdəyəm. İki saatdan sonra məsələ ilə maraqlanıb məlumat verə bilərəm".(Qaynarinfo)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar