Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“SOCAR” brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi istifadəyə verildi

Bu gün Bakı şəhəri, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 2-ci km. 4 ünvanında, Dövlət Yol Polis İdarəsinə məxsus ekologiya postu yaxınlığında "SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib

“SOCAR Petroleum” QSC-dən bildirilib ki, bu istiqamətlərdə hərəkət edən avtonəqliyyat vasitəsi sahiblərinə bu YDM daha əlverişlidir.

Yeni istifadəyə verilmiş YDM-də “SUPER”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Sürücülərin rahatlığının təmin edilməsi və vaxt itkisinin qarşısının alınması məqsədilə məntəqədə yeddi yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da on iki kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Bununla da “SOCAR Petroleum” QSC-nin bir ədəd sıxılmış təbii qaz doldurma məntəqəsi (STQDM) daxil olmaqla 32 yanacaqdoldurma məntəqəsi (YDM), yeni istifadəyə verilmiş məntəqə ilə birlikdə isə YDM şəbəkəsi 33-ə çatdırılıb.

Hazırda bu yanacaqdoldurma məntəqəsində 27 nəfər işçi çalışır.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC-nin 33YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə CNG terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlükləri var.

pia.az 


Etiket: SOCAR


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ən çox oxunanalar