Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün 100-dən çox dünya ulduzu evlərindən canlı konsert verəcək

100-dən çox dünya ulduzu koronavirusa qarşı mübarizə aparanlara dəstək olmaq üçün mahnılarını ifa edəcəkləri bir tədbir təşkil edirlər...

PİA.az xəbər verir ki, TV kanallarından və sosial mediadan yayımlanacaq konsert Bakı vaxtı ilə 22.00-da başlayacaq.

“The One World: Together At Home” (“Bir dünya bir evdə”) adlanan tədbirdə Rollinq Stons, Selin Dion, Farel Uilyams, Elton Con, Paul Mak Kartni, Stiv Vonder və Billi Eiliş da daxil olmaqla 100-dən çox müğənni ifa edəcək.

Bütün iştirakçıların ifaları evlərindən canlı yayımlanacaq. Tədbir bazar günü Bakı vaxtı ilə 06:00-a qədər davam edəcək.

İfaları “YouTube”, “Twitter”, “Facebook”, “İnstagram”dan, eləcə də dünyanın bir çox televiziya kanallarından canlı izləmək mümkün olacaq.

Səkkiz saat davam edəcək tədbirdən əldə edilən gəlirin koronavirusla mübarizə məqsədi ilə xərclənəcəyi açıqlanıb.

Tədbir “Global Citizens” təşkilatı və Ledi Qaqanın dəstəyi ilə keçirilir. (Oxu.Az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

İphone 16-nın hansı özəllikləri var? - Fotolar

"Formula-1" çempionu Azərbaycan Qran-prisini qiymətləndirdi

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Ən çox oxunanalar