Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Dərslərə mayın 10-u başlamaq olar" - Kamran Əsədov

“Burada psixoloji amilləri unutmamalıyıq, məktəblilərin adaptasiyaya ehtiyacı var”...

Bu sözləri Azərbaycanda mart ayının 3-dən bağlanan tədris prosesininin nə zaman bərpa oluna biləcəyinə toxunarkən təhsil eksperti Kamran Əsədov deyib:

“Şagirdlər yaxın aylarda mütləq məktəbə getməlidir. Bu növbəti tədris ilində onların məktəbə inam, etibar məsələsini həll edəcək. Artıq dünyada, istərsə də Azərbaycanda koronavirusa yoluxma statistikasına baxanda vəziyyət bir qədər optimist olmağa imkan verir. Odur ki, may ayında dəsrlərə başlamaq olar”.

Ekspert bildirir ki, pandemiyaya yoluxmanın olmadığı ərazilərdə may ayından etibarən şagirdlər dərslərə cəlb edilməlidir:

“Təklif edirik ki, heç də ölkənin bütün ərazisində dərslər eyni vaxtda başlamasın. Hansı ərazilərdə yoluxma yoxdur və ya azdırsa, bu yerlərdə dərslərə hissə-hissə başlasaq yaxşı olar. Bu xüsusən məktəblərin buraxılış və qəbul imtahanlarında iştirak edəcək IX-XI sinifləri üçün vacibdir. Ən azından mütləq şəkildə dərslərə mayın 10-dan sonra başlamaq olar. Gözləyirəm ki, karantin müddəti azı mayın 5-dək uzadılacaq. Ondan sonra isə mütləq şəkildə karantin qaydaları sadələşdirilməlidir. Çünki yay aylarında dörd divar arasında indiki şəraitdə Bakıda qalmaq insanlar üçün çətin olacaq. Bütün hallarda mayın sonu, iyun olsa da, yalnız iyul ayına keçməməsi şərtilə şagirdlər məktəblərə cəlb edilməlidir. Bu mümkündür və edilməlidir”.(konkret.az)

pia.az


Etiket: Kamran Əsədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar