Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST: “Virus çox sürətlə, yavaşlamadan daha sürətli yayılır"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreysus ölkələrin koronavirus infeksiyası səbəbi ilə tətbiq olunan məhdudlaşdırıcı tədbirləri hansı şərtlər altında aradan qaldıra biləcəyini açıqlayıb...

“RİA Novosti” xəbər verir ki, ÜST rəhbərinin fikrincə, səlahiyyətlilər virusun insandan insana ötürülməsi və xəstəliklə bağlı vəziyyətə nəzarət etdiklərinə əmin olmalı, səhiyyə sistemi isə COVID-19 ilə bağlı hər bir halı aşkarlamalı, test etdirməli, təcrid etməli və müalicə etməlidir.

Bundan əlavə, ÜST rəhbəri tibb müəssisələrində koronavirusun yoluxma riskini minimuma endirməyin, ictimai yerlərdə, o cümlədən iş yerlərində və məktəblərdə profilaktik tədbirlərin tətbiq edilməsinin zəruriliyini vurğulayıb.

“Virus çox sürətlə, yavaşlamadan daha sürətli yayılır. Buna görə, məhdudlaşdırıcı tədbirlər yavaş-yavaş aradan qaldırılmalı və bu prosesə nəzarət edilməlidir. Bu, bir anda baş verməməlidir”, – T.A.Qebreysus bildirib.

O, həmçinin “gətirilən” infeksiya halları riskinin öhdəsindən gəlməyin zəruriliyini də qeyd edib. (Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar