Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” 4G istifadəçilərinin sayı bir milyonu ötüb

Müştərilərinə hər zaman keyfiyyətli şəbəkə təcrübəsi təqdim edən “Nar”ın, 4/4.5G şəbəkəsinə qoşulan və aktiv şəkildə istifadə edən abunəçilərinin sayı 1 milyonu ötüb...

Son bir ildə Bakı və regionlarda quraşdırılmış 1000-dən çox yeni LTE/LTE-A texnologiyalı baza stansiyaları sayəsində “Nar”ın ümumilikdə 4G istifadəçilərinin sayı iki dəfə artıb.

Mobil operator paytaxtla yanaşı, regionlarda da şəbəkəsinin gücləndirilməsinə hər zaman xüsusi önəm verib. Belə ki, təkmilləşmə işləri nəticəsində, ötən illə müqayisədə müxtəlif bölgələr üzrə 4G istifadəçilərinin sayında 101% artım qeydə alınıb. 4G şəbəkəsinə qoşulan 1 milyonuncu istifadəçi də məhz region sakini - Oğuz rayonundan Müşviq Babayev olub. “Nar”ın Baş İcraçı direktoru Qunnar Panke tərəfindən “Nar”ın baş ofisində qarşılanan 1 milyonuncu 4G istifadəçisinə ən son model dəyərli smartfon hədiyyə edilib.

“Keyfiyyətli və yüksəksürətli LTE/LTE-A şəbəkəsinin daha da genişləndirilməsi müştəriyönümlü biznes yanaşmamızın əsas istiqamətlərindəndir. Ən gənc mobil operator olaraq, mühüm bir nailiyyətimizi qeyd edirik. Belə ki, 4G şəbəkəmizdən yararlanan abunəçilərimizin sayı artıq 1 milyonu ötüb. Bu isə hər iki “Nar” abunəçisindən birinin aktiv 4G istifadəçisi olması deməkdir. “Nar”ın müştərilər tərəfindən yalnız rahat və sərfəli məhsullar üçün deyil, həm də keyfiyyətli şəbəkəsinə görə seçilməsi bizi sevindirir”, - deyə Qunnar Panke bildirib.

“Nar”ın 4G abunəçilərinin sayının artmasına ölkə arazisində yeni baza stansiyalarının quraşdırılması, mobil operatorun təqdim etdiyi paketlər və tariflər, eləcə də 4G smartfon penetrasiyasının artımı təsir edib. “Nar” artıq 54 bölgə mərkəzini 4G şəbəkəsi ilə təmin edib ki, bu da coğrafi ərazi əhatəsini 76%-ə qaldırıb. Hazırda “Nar”ın 4G şəbəksi ölkə əhalisinin 93,2%-ni əhatə edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,9%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.

pia.az


Etiket: “Nar”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar