Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rauf Arifoğlu İqbal Ağazadə haqda: “Bu adam təhükəli adamdır...”

Necə olur bu cür adam indi seçki saxtakarlığı barədə bəyanatlar verir. Buna necə inanasan?..

 

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı nəticələrə görə 49.2 faiz səslə 35 saylı Xətai üçüncü seçki dairəsinin lideri olan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu rəqibi Ümid Partiyasının sədri İqbal Ağazadənin ünvanına sərt ittihamlar səsləndirib.

Rauf Arifoğlu İqbal Ağazadənin seçki saxtakarlığı barədə fikirlərinə cavab olaraq onun özünü prosesi pozmaqda və ciddi qanun pozuntularına yol verməkdə ittiham edib.

“Rüşvət verən sən, saxtakarlıq edən sən, klon namizəd gətirən sən. Mən üç Abbasovun, üç Raufun içində seçki prosesi aparmışam. Üç Abbasovun biri mənəm ikisini o yaradıb, üç Rauf var idi, biri mənəm, ikisini o yaratmışdı.

Necə olur bu cür adam indi seçki saxtakarlığı barədə bəyanatlar verir. Buna necə inanasan?

Mənim səslərimi gizlədərək, öz səslərini qaldıraraq 2-3 məntəqədə guya fakt yaradıblar. İndi onu sevə-sevə internet məkanında yayırlar ki, sübut olundu. Bəs yerdə qalan 30 məntəqə nə oldu? Niyə onda biz qalib gəldik? Rüşvət verib klon namizəd gətirirsən, rüşvət verib görüşlərimə təxribatçı qadınlar göndərirsən, ət paylayırsan, pesok paylayırsan, vətəndaşların evinə gedib nağd pul təklif edirsən. Seçki kampaniyasının gedişində də eyni metodlardan istifadə olunub”, -deyə Rauf Arifoğlu vurğulayıb.

O əlavə edib ki, İqbal Ağazadənin siyasi fəaliyyəti qadağan olunmalıdır: “Mən hesab edirəm ki, bu adam təhükəli adamdır. Bunun siyasətdə yolunu kəsmək lazımdır. Məhkəmə yolu ilə siyasi fəaliyyətinə qadağa qoymaq lazımdır. Bu, Azərbaycana çox pis dəyərlər gətirir. Siyasətdə belə tendensiya olmaz. Bu qədər əliəyrilik, rüşvətxorluq olmaz”.(Yenisabah.az)

pia.az


Etiket: Rauf Arifoğlu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Ən çox oxunanalar