Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“20-30 ilin “kar və lal” deputatlarının yenidən namizəd olması...” 

Siyasi şərhçi Azər Rəşidoğlu fevralın 9-da keçiriləcək seçkilərdın danışıb...

Siyasi şərhçi Azər Rəşidoğlu fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı Yenisabah.az-ın suallarını cavablandırıb.

PİA.az həmin müsahibəni təqdim edir:

- Fevralın 9-na təyin olunan növbədənkənar parlament seçkiləri ilə əvvəlki seçkilər arasında hansısa fərq varmı? Təbii ki, söhbət bütövlükdə seçki prosesindən gedir və bura seçki qabağı mühit, təbliğat və təşviqat kampaniyası da daxildir.

- Parlamentin buraxılmasına səs verən, 20-30 ilin “kar və lal” deputatlarının yenidən namizəd olması yeni və fərqli cəhətləri kölgədə qoyur. Lakin bu seçkilərdə bir fərqli cəhət özünü daha qabarıq göstərdi. Uzun illər boyunca Milli Məclisdə oturan və heç vaxt qanunverici təşəbbüslə çıxış etməyən, seçkidən sonra bir dəfə də seçicinin yanında olmayan deputatlara bölgələrdə insanlar etiraz etdilər. Onların rüsvayçılıqla görüşlərdən qovulması onu deməyə əsas verir ki, bu dəfə inzibati üsullardan istifadə edərək, odioz simaları yenidən deputat seçdirmək çox çətin olacaq. Heç bir siyasi qüvvəni təmsil etməyən sadə vətəndaşlar onların yanında olmayan deputatlara ən sərt formada öz etirazlarını bildirirlər.

- Deputatların etirazlarla qarşılanmasına toxundunuz. Bəzi hallarda bu məsələyə konspirativ yanaşılır...

- Hesab edirəm ki, başlıca səbəb insanlar onların səsi olmayan, onların problemi ilə maraqlanmayan deputatlara etimadsızlıq göstərirlər. Son vaxtlar baş verənlər, icra başçılarının həbsi, islahat barədə danışılanlar insanlarda bir inam yaradıb. Bu baxımdan, köhnələrin şansları günü gündən azalır. Əlbəttə ki, belə məqamdan ayrı-ayrı qruplaşmalar da istifadə edirlər və bu da anlaşılandır.

- “Köhnələr”in yenidən parlamentdə təmsil olunmaları seçkilərin şəffaflığına kölgə sala bilərmi?

- “Köhnələr” və hamını təngə gətirən deputatlar yenidən mandat əldə etsələr, milyonlarla insan islahatlara inanmayacaq, onların siyasətə və dəyişikliklərə ümidi sarsılacaq. Növbədənkənar parlament seçkisinin mahiyyəti yoxa çıxacaq. Ölkənin imicinə ciddi zərbə dəyəcək.

- Belə bir ehtimal varmı? Yəni, bütün bunlardan sonra onlar yenidən mandata sahib ola biləcəklərmi?

- Ehtimalıma görə, bu dəfə nəticələri ləğv edilən dairələr daha çox olacaq. Görünən odur ki, köhnələr, islahata qarşı olanlar müqavimət göstərir. Ölkədə demokratiyaya qarşı olan qaragüruh dəstə var və onlar bu dəfə də seçkinin nəticələrini saxtalaşdırmaq istəyirlər. Düşünürəm ki, Prezident Əliyev seçkilərə müdaxilənin qarşısını almalı və prosesə nəzarəti öz üzərinə götürməldir.

- Seçki prosesinə müdaxilə edən məmurların cəzalandırılacağı deyilir. Sizcə, bu iddialar nə dərəcədə əsaslıdır?

- Bu məsələ ölkənin şərəf məsələsidir. Ona görə düşünürəm ki, bəzi məmurlar seçiyə müdaxiləyə görə ciddi cəzalandırılacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Ən çox oxunanalar