Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda müəlliflik hüququ verilən musiqi əsərləri məlum olub

2019-cu ildə Azərbaycanda tanınmış müğənnilərin müəlliflik hüququ obyekti kimi dövlət qeydiyyatına alınan əsərlərinin adları məlum olub...

Əqli Mülkiyyət Agentliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ötən il bəstəkar Aygün Səmədzadənin “Bakinskiy roman” adlı musiqi əsəri, müğənni Miryusif Mirbabayevin (Miri Yusif) “Bağışla”, “Mən heç kiməm”, “Səndən olmaz” və “Söylə” adlı musiqi əsərləri, bəstəkar Elçin İmanovun “Hamıdan küsüb gedəcəm” adlı musiqi əsəri və bəstəkar-ifaçı Şəmistan Əlizamanlının “Al bayrağa” və “Mələyim” (alternativ adı: “Gözəlim, ay mələyim”) adlı musiqi əsərləri müəlliflik hüququ obyekti kimi dövlət qeydiyyatına alınıb.

Eyni zamanda, bəstəkar Cavanşir Quliyevin “Tufan. Nuhun gəmisi” musiqili dram əsəri (iki pərdəli baletin partiturası), “Divan I” birinci cild və “Divan II” ikinci cild musiqi əsərlərindən ibarət toplusu müəlliflik hüququ obyekti kimi dövlət qeydiyyatına alınıb.

Baş kulinar Tahir Əmiraslanovun isə “Azərbaycan mətbəxi. Qacar dövrünün bərpa edilmiş xörəkləri” adlı kitabı və “Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” məlumat toplusuna müəlliflik hüququ verilib.

Xatırladaq ki, ötən il müəlliflik hüququ obyektlərinin dövlət qeydiyyatı ilə bağlı 841 müraciət əsasında 834 əsər dövlət qeydiyyatından keçirilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ən çox oxunanalar