Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkmənistanda prezidentin saçları qəfil ağardı

Dövlət məmurlarının işi qəlizləşdi..

Türkmənistanın Marı vilayətində bütün dövlət strukturlarından və müəssisələrdən prezidentin portretlərini dəyişdirmək, yeni portretlərini alıb asmaq tələb olunur.

Buna səbəb prezident Qurbanqulu Berdıməhəmmədovun saçlarının rənginin dəyişməsidir.

Belə ki, Berdıməhəmmədov son vaxtlara qədər televiziya ekranlarında tünd qara saçları ilə görünürdü. Lakin 2018-ci ilin avqustunda o, qəfildən imicini dəyişib, tünd qara saçları göz önündə ağarmağa başlayıb. Hazırda Berdıməhəmmədovun saçları xeyli çallaşıb və onun indiki görkəmi ilə iki il əvvəlki görkəmi arasında ciddi fərq var.

Nəticədə dövlət strukturlarının və müəssisələrin rəhbərlərindən tələb edirlər ki, tezliklə prezidentin portretlərini dəyişsinlər. “Əgər portretləri dəyişməsələr onları böyük cərimələrin gözləyəcəyini, hətta işdən çıxarılacaqlarını deyiblər”,-büdcə təşkilatlarından birinin işçisi “Azadlıq” radiosunun türkmən xidmətinə bildirib.

Prezident hər ay saçının rəngini dəyişir və bizdən onun portretlərini yeniləmək tələb olunur”,-o şikayələnib.

Mağazalarda Berdıməhəmmədovun porteretinin qiyməti 10 manatdan 100 manata qədər dəyişir. Portreti çərçivəyə salmaq üçün isə əlavə 50-200 manat xərcləmək lazımdır. Başqa sözlə, prezidentin portretini yeniləmək məmurlara hər portretə görə 300 manata başa gələ bilər. Bu, qara bazar məzənnəsi ilə 15 dollar, rəsmi məzənnə ilə 85 dollar deməkdir.

Bundan başqa bütün müəssisələrdən tələb edirlər ki, prezidentin “Türkmənistan-neytralitet Vətənidir” şüarı ilə plakatlarını assınlar. Həmin plakatlar isə 200 manata yaxındır.

Ötən il Türkmənistanda “Çiçəklənən vətən” şüarı altında keçmişdi. Bu il isə prezident “Türkmənistan-neytralitet Vətənidir” şüarını irəli sürüb. (Virtualaz.org )

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Ən çox oxunanalar