Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident işarə etdi: Daha hansı başçılar hədəfdədir?

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun həbs edilməsi cəmiyyətdə böyük rezonans doğursa da, əslində, bu proses gözlənilən idi...

Pezident bu prosesi yeni icra başçılarını şəxsən qəbul edəndə artıq elan etmişdi.

O vurğulamışdı ki, icra başçıları vəziyyəti düzgün qiymətləndirməli, çox ciddi təhlil aparmalı, çatışmayan cəhətləri üzə çıxarmalı və mövcud olan problemlərin həlli üçün səy göstərməlidirlər:

“Birinci halda ləyaqətlə xidmət etməlisiniz. Bu, həm bu gün yeni təyin olunan icra başçılarına, həm də artıq icra başçısı vəzifəsində işləmiş və digər rayon və şəhərlərə göndərilən icra başçılarına aiddir. Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək”.

Prezidentin həbslərlə paralel keçirdiyi müşavirdə vurğuladığı xüsusi bir məqam da diqqət çəkib:

“Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar”.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin həbsi ilə bağlı yayılan rəsmi açıqlama da Prezidentin dediyi fikrin necə dəqiq və sərrast olduğunu göstərir:

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib”.

Prezidentin son müşavirədə icra başçıları ilə bağlı səsləndirdiyi bir fikir xüsusilə diqqəti cəlb edir: “Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq”.

Bu o deməkdir ki, icra başçıları ilə bağlı başladılan proses bununla bitməyəcək və vəzifə səlahiyyətlərindən sui-istifadə edən daha bir neçə şəxsin məsuliyyətə cəlb olunacağı istisna deyil.

Bütün bu proseslərin içində bir önəmli məqam da maraq doğurur: Prezident İlham Əliyev çıxışlarında heç bir sözü təsadüfən demir və səsləndirdiyi fikirlər ən qısa müddətdə öz təsdiqini tapır.

Qeyd edək ki, Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov 2019-cu il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 31 oktyabr tarixində vəzifədən azad edilib.

Cəmi 50 gün əvvəl vəzifəsindən azad edilməsinə və hətta ordenlə təltif edilməsinə rəğmən, Q.Səmədovun həbsi sübut etdi ki, heç nə və heç kim müstəsna hüquqlara malik deyil, heç kəs vəzifəsinin onu qoruyacağını və ya vəzifədən azad olunmaqla məsuliyyətdən yaxa qurtacağını düşünməməlidir. (axar.az)

pia.az


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar