Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənovun sərhəd bölgələrindən mesajları

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti dünən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə və döyüş mövqelərində olublar...

Döyüş postlarında növbə çəkən, şəxsi heyətlə görüşən müdafiə naziri, general-polkovnik Zakir Həsənov müdafiənin dayanıqlığını, qışa hazırlığının vəziyyətini, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.

Əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra müdafiə naziri bölmələrin daima döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib. Sonra nazirliyin rəhbər heyəti Horadiz şəhərində yerləşən aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək abidə önünə gül dəstələri qoyub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini hörmət və ehtiramla yad ediblər. Müdafiə Nazirliyinin rəhbərliyi səfər çərçivəsində şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunan “Şəhidlər bulağı”nın açılış mərasimində iştirak ediblər.

Müdafiə naziri cəbhəboyu zonaya yaxın ərazidə yeni istifadəyə verilmiş mühəndis şəhərciyində də olub. Bildirilib ki, mühəndis hazırlığının yüksək səviyyədə təşkili və yerinə yetirilməsini təmin etmək, şəxsi heyətin mühəndis təminatı tapşırıqlarını mürəkkəb döyüş şəraitində ərazinin relyefini nəzərə almaqla yerinə yetirməsi vərdişlərini təkmilləşdirmək üçün şəhərcikdə lazımi infrastruktur yaradılıb. Real döyüş şəraitinə uyğun inşa edilən təlim mərkəzində xüsusi texnikanın mürəkkəb relyef və sərt iqlim şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi, həmçinin döyüş tapşırıqlarının məşq etdirilməsi nəzərdə tutulub.

Müdafiə naziri mühəndis qoşunlarının komandanlığına şəxsi heyətin döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Əhəd Məmmədli: “Bu cür hazırlıqları müsbət dəyərləndirirəm”

Politoloq Əhəd Məmmədli ümid edir ki, müdafiə naziri təkcə qışa hazırlıq üçün cəbhə boyu gəzmir: “Bu tapşırığın arxasında hansısa mətləblərin durması mümkündür. Əgər hər qış bu cür hazırlıqlar gedirsə, buna ənənəvi taktiki gedişat kimi baxaq. Yox, ilk dəfədir ki, bu cür baxış keçirilirsə, bu hansısa mətləblərdən xəbər verə bilər. Dəyərləndirməyə gəldikdə isə bu cür hazırlıqları müsbət dəyərləndirirəm. Ərazisinin bir hissəsi işğal altında olan ölkənin ordusuna daim baxış olmalıdır, hazırlıqlı vəziyyətdə qalmalıdır. Təbii ki, bu cür səfərlər ordumuzun müdafiə, döyüş qabiliyyətinin yüksəldilməsi baxımından vacibdir.

Zabit, əsgər heyətinin ordu rəhbərliyi qarşısında hazırlıqlı vəziyyətdə olması mühüm məsələdir. Bu cür gəlişmələr davamlı xarakter daşımalıdır. İl boyu müharibənin olması, antiterror əməliyyatının keçirilməsinin vacibliyindən danışmışam. Qış aylarında hərbi əməliyyatların keçirilməsini düşünmürəm. Havalar istiləşəndən sonra bu cür ehtimalın daha real olmasını gözləyirəm. Gələn ilin əvvəlində Azərbaycanda növbədənkənar parlament seçkiləri gözlənilir. Bu ərəfədə hərbi əməliyyatların başlanacağı inandırıcı deyil. Parlament seçkiləri qurtarandan sonra cəbhə bölgəsində hansısa gərginliklər ola bilər. Bu, geniş hərbi əməliyyatlar müstəvisinə də çata bilər. Ərazilərimiz işğal altında olana qədər cəbhədə heç bir proses qaneedici ola bilməz”.

Emin Həsənli: “Bu, çox əhəmiyyətli bir hadisədir”

Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gənclər Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli ordumuza daim ciddi diqqətin ayrıldığını qeyd etdi: “Siyasi, mənəvi, psixoloji baxımından bu çox önəmlidir. Cənab prezident müdafiə nazirini sərhəd bölgələrə göndərir. Bu çox əhəmiyyətli bir hadisədir. Nazirimiz gedib əsgərlərlə nahar edir, onlara qayğı göstərir. Son illər ordumuz mühüm nailiyyətlər əldə edib ki, bu da səbəbsiz deyil. Təkcə 2016-cı ilin aprel hadisələrini misal çəkə bilərik. Mübariz İbrahimovun etdiyi qəhrəmanlıq isə bir şərəfli tariximizdir. Çoxlu sayda qəhrəmanlarımızın adını çəkə bilərik. Bunların hər birinin qəhrəmanlığına xüsusi diqqət ayrılır. Azərbaycan ordusu hər an döyüşə hazırdır. Bunun mesajını müdafiə nazirimiz dəfələrlə verib. Silahlı qüvvələrimiz Ali Baş Komandamızın xüsusi diqqət və qayğısındadır. Xüsusilə düşmənlə üz-üzə xətdə yerləşən silahlı qüvvələrimiz dövlətimizin daim diqqətindədir. Cənab nazirimizin səfəri buna bir daha bariz sübutdur. Ordu quruculuğunda da böyük işlər həyata keçirilir. Maddi-texniki bazalarımızın güclənməsinə, yeni kazarmaların tikilməsinə xüsusi önəm verilir. Hərbiçilərimizin mənzil şəraitləri yaxşılaşdırılır.

Şəhid ailələrimiz də daim diqqət mərkəzində saxlanılır. Onlara verilən evlərin sayı hər il durmadan artırılır. Qarabağ əlilləri də diqqətdən qaçırılmır. Onlara evlər, maşınlar verilir, prezident təqaüdləri artırıldı. Həmçinin hərbi qulluqçularımızın da əmək haqlarının artırılmasını diqqətdən qaçırmaq olmaz. Onların sağlamlıq məsələlərinə xüsusi önəm verilir. Hərbi ali məktəblərimizdəki şəraitə də diqqət ayrılır. Azərbaycan dövləti böyük təlimlər keçirir. Gəncliyimizin vətənpərvərlik ruhunda yetişdirilməsi diqqətdən kənarda qalmır. Onlar hər zaman döyüşə hazır vəziyyətdə yetişdirilir. Biz hamımız ordumuzu sevməliyik. Ordu Azərbaycandır, Azərbaycan dövlətidir. Ordu mövzusu bayraq, vətən mövzusudur. Bu mövzuya iqtidar-müxalifət prizmasından yanaşmaq olmaz. Ermənistan tərəfi gücümüzü yaxşı bilir, bunu ekspertlərin dilindən tez-tez eşidirik. Düşmən ordumuzda guya problemlərin olmasını daim gündəmdə saxlamağa çalışır. Bunun üçün də sosial şəbəkələrdə paylaşılan yazılara hər kəs xüsusi diqqət yetirməlidir. Görülən böyük işlərə kölgə salmaq olmaz. Bizi daim sevindirən ordumuz var. Bizə qələbəni tezliklə silahlı qüvvələrimiz bəxş edəcək”. (yeni müsavat)

pia.az


Etiket: Zakir Həsənov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim    

Dövlət başçısı: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Prezident İlham Əliyev: Atdığımız bütün addımlar əsas məqsədi güdür: iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək

Ən çox oxunanalar