Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ləğv edilən qurumlara 2020-ci ilin büdcə paketində vəsait ayrılıb?

Prezidentin fərmanı ilə ləğv edilən qurumlara 2020-ci ilin büdcə paketində vəsait ayrılıb?..

Prezident İlham Əliyevin iqtisadi və struktur islahatları çərçivəsində 2018 və 2019-cu illərdə onlarla qurumu ləğv edərək onların bazasında yeni qurumlar yaradılması ilə bağlı fərmanlar imzalayıb.

Xatırladaq ki, son iki ildə Azərbaycanda 10-dan çox dövlət agentliyi yaradılıb. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi yanında dörd dövlət xidməti ləğv olunur, onların əvəzinə Aqrar Xidmətlər Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv olunaraq yerində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti və s. yaradılıb. Bir çox dövlət qurumlarının bazası əsasında isə publik hüquqi şəxslərin yaradılması haqqında sərəncamlar verilib.

Qeyd edək ki, ölkə prezidentinin bu struktur islahatları iqtisadiyyatın dövlətdən asılığını azaltmaq və büdcəni əlavə yüklərdən azad etmək məqsədini güdüb. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq ləğv edilən strukturların bir çoxu öz fəaliyyətlərini davam etdirməkdədirlər. Bəs hazırda Milli Məclisdə müzakirəsi gedən 2020 büdcə paketində prezidentin fərmanı ilə ləğv olunan qurumlara vəsait ayırılıbmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədova müraciət edib.

Vahid Əhmədov: “Faktiki olaraq o qurumların adı dəyişdirilib və dövlət büdcəsindən maliyyələşmə prinsipi qalıb”.

Sualımıza cavab olaraq millət vəkili bildirib ki, ləğv edilən qurumların adı dəyişdirilib və dövlət büdcəsindən maliyyələşmə prinsipi isə davam etməkdəir:

Prezidentin fərmanı ilə ləğv edilən qurumlar tamam ayrıdır, publik şəxslərin yaradılması tamam ayrıdır. Publik şəxslər təsərrüfat hüesablı qurumlardır və bu qurumlar özlərini maliyyələşdirməlidirlər. Lakin hazırda yeni yaradılan publik hüquqi şəxslərin maliyyəsi dövlət tərəfindən ödənilməkdədir. Elə qurumlar da var ki, onlar dövlət şirkətinə çevriliblər və təbii olaraq büdcədən bu şirkətlərin fəaliyyəti üçün vəsait ayrılmalıdır. Ümumilikdə götürdükdə faktiki olaraq ləğv edilən qurumların adı dəyişdirilib və dövlət büdcəsindən maliyyələşmə prinsipi isə qalıb”.

Nərmin UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi

Ən çox oxunanalar