Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyüyən dünyanın yeni ulduzu: “Çin möcüzəsi”

Hazırki dünyada tək qütblülük ancaq Atlantik sisteminə məxsusdur. Avrasiyada isə müxtəliflik hökm sürür...

Semih Koray
“Aydınlık”qəzeti, Türkiyə, 12 noyabr 2019-cu il

Hazırda inkişaf etməkdə olan ölkələrin xalqları millətləşmə prosesinin müxtəlif mərhələlərdən keçirlər. Ortaq hədəf millətləşmə prosesini inkişaf etdirmək üçün azadlığı qorumaq və orta əsr münasibətlərindən tamamilə xilas olmaqdır. Hər ölkə üçün işlək olan bir “yol xəritəsi şablonu” yoxdur. Müxtəliflik iqtisadi və ictimai inkişaf üçün hər ölkənin özünəməxsus bir yol tapıb tətbiq etməsindən keçir. Digər tərəfdən, müxtəliflik üzərində yüksələn ortaq hədəflər Avrasiya ölkələri üçün ortaq bir proqram çərçivəsi yaratmağı da zəruri edir. Bu çərçivənin ən yetkin forması isə Atatürk İnqlabının “Altı Oxu”nda yerləşir.

“Çin möcüzəsi” və Altı Ox

Dünya son 30 ildir istehsal mərkəzinin Atlantikdən Avrasiyaya keçidinə şahidlik edir. Bu prosesə liderlik edən Çin Xalq Respublikası bütün dünyada möcüzə hesab edilən bir sıçrayış edib. Bu “möcüzə”ni mümkün edən əsas amil isə ÇXR-in müasir dünyada inqilabın əsas qüvvəsi olan “millət”i yenidən kəşf etməsi və sosializmdə israr etməsidir. Bunlardan birincisi “milliyyətçilik”, ikincisi isə “inqilabçılıq” anlayışının qarşılığıdır. Qloballaşma prosesinin yaratdığı imkanlardan Çinin effektiv şəkildə istifadə etməsi “dövlətçilik” prinsipi sayəsində mümkün olub.

Millətləşmə prosesinin ən önəmli şəbəkəsi milli dövlətdir. Milli dövləti millətin təşkilatlanmış formasına çevirən ən uyğun quruluş isə respublikadır. Çinin yükşəlişi prosesində ən çox yeniliyə sahib olan sahələrdən biri də millətin səfərbərliyin bir vasitəsi kimi təkmilləşdirilməsidir. “Bəzilərinin daha əvvəl zənginləşməsi” əleyhinə, xalqın bütün kəsimlərinin inkişafdan eyni dərəcədə faydalanmasına diqqət yetirilməsi Çindəki “xalqçılıq” prinsipinin bir göstəricisidir. İmperialist sistemin orta əsrlərdən qalmış dini və etnik ayrı-seçkilikdən istifadə etmək cəhdlərinə qarşı olan “dünyəvilik” prinsipi Çində milli birliyin yaradılması baxımından əvəzedilməz bir prinsipdir. Şübhəsiz ki, elmin həm dövlət rəhbərliyində, həm də təhsildə yol göstərən kimi qəbul edilməsi Çinin uğurunda böyük rol oynayıb.

Yeni bir beynəlxalq sistem axtarışı

Atlantik sisteminin dünyaya yeritdiyi və Sovet İttifaqının dağılmasından sonra “Yeni Dünya Sistemi” adı verilmiş neo-liberal beynəlxalq sistem artıq çöküb. Bu gün bütün dünya daha ədalətli, daha bərəbərlikçi və qarşılıqlı fayda prinsipinə əsaslanan “yeni beynəlxalq sistem axtarışı”ndadır. Digər tərəfdən də Avrasiyada baş verən və Çinin liderlik etdiyi “istehsal inqilabı” İnkişaf edən Dünya üçün beynəlxlaq iqtisadi ortaqlıqdan daha effektiv şəkildə istifadə etmək imkanlarını gündəmə gətirib. Çin inşasına davam etdiyi “Bir Kəmər Bir Yol” layihəsini bu şərtlərdə “Köhnə Dünya Sistemi”nə bir alternativ kimi irəli sürüb.

“Bir Kəmər Bir Yol”

“Bir Kəmər Bir Yol” layihəsi Çini həm Asiya vasitəsilə qurudan, həm də dənizdən Avropa və Afrikaya bağlayan Köhnə İpək Yollarını müasir dünyamıza uyğunlaşmış bir şəkildə canlandırmağı hədəfləyir. Kəmərin və yolun inşası üçün quru və dəmir yolları, limanlar, hava limanları və kommunikasiya şəbəkələrini də əhatə edən böyük bir investisiyaya ehtiyac var və bu, Türkiyə də daxil olmaqla, çox sayda ölkəni əhatəsinə alır. Bu cəhdin uğuru zəifləyən Atlantik Sisteminin Avrasiyadakı təsirinə böyük bir zərbə endirə bilər. Cəhdin elan edilməsindən bu yana ABŞ tərəfindən qızışdırılan gərginlik və toqquşmaların coğrafi olaraq (Sintszyan-Uyğur Muxtar Rayonu, Myanmar, Kəşmir) kəmər-yol üzərində yayılması heç də təsadüfi deyil. Ön Asiyanın sülh və sabitlik əldə etməsi də “Bir Kəmər Bir Yol” layihəsinin hədəfə çatması baxımından çox böyük bir önəm daşıyır. Digər tərəfdən də bu cəhdin uğuru, şübhəsiz, Avrasiyada sülhə və sabitliyə olduqca dəstək verəcək.

Amma uğurun ən əsas şərtlərindən biri odur ki, hər bir ölkə özünə xas iqtisadi və ictimai inkişaf strategiyası ilə kəmər-yol hədəfləri bir-birinə uyğunlaşdırılsın. Qeyd edək ki, beynəlxalq ortaqlığın formalaşmasını bazarların öz ixtiyarına buraxaraq bir uyğunluq əldə etmək olmaz. Bu gün dünyada yeniliyə və dizayna ən çox ehtiyac duyan sahə, bəlkə də, Avrasiya iqtisadi ortaqlığının inşasıdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Ən çox oxunanalar