Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident: "Qara Dəniz Ticarət və İnkişaf Bankı BTQ, TAP, TANAP layihələrinin genişləndirilməsində iştirak etməyə hazırdır"

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin buraxılış gücünün artırılmasında iştirakla bağlı müzakirəyə hazırdır...

Bu barədə “Report”a eksklüziv müsahibəsində Bankın prezidenti Dmitriy Pankin bildirib.

O qeyd edib ki, üzv ölkələr arasında iqtisadi əlaqələri dəstəkləyən infrastrukturu inkişaf etdirmək bankın əsas prioritetlərindəndir. Bankın prezidenti, həmçinin üzv ölkələr arasında elektrik xətlərinin inkişaf etdirilməsi layihələrində, habelə Trans-Adriatik Boru Kəməri (TAP), Trans-Anadolu Boru Kəməri (TANAP) layihələrinin də mümkün genişləndirilməsində iştirakla bağlı müzakirəyə hazır olduqlarını diqqətə çatdırıb.

“Biz bir sıra başqa banklarla birgə vacib regional layihə olan “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi ilə bağlı layihəni maliyyələşdirənlərdən biriyik. Regionumuzda TAP, TANAP kimi mövcud boru kəmərlərin genişləndirilməsi və ya uzadılması layihələrində, yaxud da Azərbaycanın region ölkələri vasitəsilə beynəlxalq bazarlara çıxmasını asanlaşdıran başqa layihələrdə iştirak etməyi məmnuniyyətlə nəzərdən keçirərdik”, - deyə bank rəhbəri qeyd edib.

Qeyd edək ki, QDTİB Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri - Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan tərəfindən yaradılan beynəlxalq maliyyə kredit müəssisəsidir. Nizamnamə kapitalı 3,45 milyard avro olan QDTİB-də Azərbaycan öz payını 2008-ci ildə 2 faizdən 5 faizədək artırmışdı.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ən çox oxunanalar