Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bakcell" internet paketlərini yeniləyib

Bakcell şirkəti abunəçilərin tələb və istəkləri əsasında hazırlanmış tamamilə yeni internet paketlərini təqdim edib...

Yeni paketlər sayəsində Bakcell ölkənin ən sürətli mobil şəbəkəsində (Ookla şirkətinin təsdiq etdiyi məlumata əsasən) maksimum rahatlıq təklif edir. Müştəriyönümlü və çox sadə məhsul olan yeni internet paketlərindən istifadə edən abunəçilər həm də nömrənin balansına daha yaxşı nəzarət edə biləcəklər. Belə ki, mobil internet nömrədə abunəçi yalnız internet paketi aldıqda aktiv olacaq. İnternet trafiki bitdikdən sonra abunəçiyə hər meqabayta görə daha yüksək qiymət ödəmək əvəzinə, xüsusi səhifə və ya SMS vasitəsilə münasib qiymətə yeni paket almaq və ya cari paketi yeniləmək təklif olunacaq.

Bu yeni məhsullar Azərbaycanda mobil internet istifadəsi üzrə maksimum şəffaflığı təmin edən böyük bir yenilikdir. Bundan sonra internet paketi almayan abunəçilər smartfon tətbiqetmələrinin arxa fonda baş verən yenilənmələri və ya təsadüfi internet bağlantısı nəticəsində yarana biləcək əlavə xərclərdən azad olacaqlar. Çünki mobil internet yalnız müvafiq internet paketini əldə etdikdən sonra aktivləşəcək.

Bu internet paketlərinin gətirdiyi təkmilləşdirilmiş müştəri təcrübəsi isə “Mənim Bakcellim” tətbiqetməsi sayəsində daha əlverişli olacaq. Belə ki, “Mənim Bakcellim” vasitəsilə abunəçi internetdən istifadəyə tam nəzarət edəcək, lazım olan paketləri əldə edə, yeniləyə və ya dəyişə biləcək, xərclənən məbləğ və aktiv paketin qalan hissəsi barədə şəffaf məlumat alacaq.

Bakcell şirkəti məhsul və xidmətlərinin keyfiyyətini daha da artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edəcək. Bunun üçün Azərbaycanın ən sürətli mobil şəbəkəsinin bütün texniki imkanları mövcuddur.

Yeni aylıq internet paketləri abunəçinin istəyindən asılı olaraq 50 MB, 500 MB, 1 GB, 2 GB, 5 GB və ya 10 GB həcmində təklif olunur. Daha ətraflı məlumatı

https://www.bakcell.com/az/internet-for-smartphones səhifəsindən və ya “Mənim Bakcellim” mobil tətbiqetməsinin “İnternet paketləri” bölməsindən əldə etmək olar.

Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Bu gün Bakcell şirkəti ölkədə ən böyük və sürətli mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 91%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

pia.az


Etiket: Bakcell

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar