Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hadı Rəcəblinin ürəyinin üstündəki “Palıdlı Sahil”- Fotolar

Yalançını mənzilnə, Hadı müəllimi də “Palıdlı Sahil”ə qədər qovarlar...

Araşdırmaçı jurnalist Cavanşir Həsənli deputat Hadı Rəcəblini, daha doğrusu onun biznes şəbəkəsini ifşa edib.

Hadı Rəcəblinin növbəti dəfə deputat olmaq istəyinin önəmli səbəblərindən biri elə “PALIDLI SAHİL”dir. Lənkəranda dənizin sahilini zəbt edib məhz deputatlıq dönəmində tikdirdiyi istirahət mərkəzi, kompleksə daxil “PALIDLI SAHİL”, “TİTANİK”, “APARTMENT” restoranları...

Düzdür, Hadı müəllim israrla bu mərkəzin ona nəxsusluğunu təkzib edir, deyir ona yaxından-uzaqdan bağlılığı yoxdur, o bir deputat kimi bənnalıq edir, filan. 50 min dəfə deyib. Bir də o istirahət mərkəzində ölüm hadisəsi baş verəndə müəllimi lap hövsələdən çıxarıblar. Əlli min birinci dəfə deyib ki, “mənim deyil”!

Amma yalançını mənzilnə, Hadı müəllimi də “Palıdlı Sahil”ə qədər qovarlar. Günü bu gün “PALIDLI SAHİL” ailəvi istirahət mərkəzini Hadı Rəcəblinin qardaşı Xəzail Rəcəbovun oğlu Şadil Rəcəbov idarə edir. Şadil Rəcəbov rəsmi olaraq mərkəzin icraçı direktorudur. Deputatın özü mütəmadi olaraq mərkəzə baş çəkir və biznesi ilə maraqlanır. Şəkillərdə əynindəki polo-shorta diqqət, yaxasında “ona dəxli olmayan”, amma yaxından ilgiləndiyi “Palıdlı Sahil”in loqosudur.

Bir də gəlib nağıl danşır ki, Çindən gəlirəm, orada uşaqpulu yoxdur, əksinə uşağa görə vergi tuturlar. Hadı müəllim yəqin Çində onu da öyrənib ki, onlar rüşvət və korrupsiyaya görə, deputatlara, məmurlara hansı cəzanı verirlər...”

Fotolar

pia.az


Etiket: Hadı Rəcəbli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar