Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-ın rəhbərliyində nə dəyişəcək? – Yaşlılar çoxdur, amma...

Hakimiyyətdə yaşlı kadrların əvəzlənməsi prosesi hakim Yeni Azərbaycan Partiyasını (YAP) da diqqət mərkəzinə gətirib...

Partiyalarla bağlı yaş məhdudiyyəti olmasa da, YAP-ın rəhbər strukturlarında təmsil olunan yaşlı nəslin nümayəndlərinin də istirahətə göndərilməsilə bağlı təkliflər səsləndirilir.

PİA.az bildirir ki, “Yeni Sabah” mövzunun aktuallığını nəzərə alaraq hakim partiyada təmsil olunan təqaüd yaşına çatmış və daha çox yaşı olan YAP-çıların siyahısını tərtib edib. Beləliklə, YAP sədrinin dörd müavinindən üçü təqaüd yaşını keçib:

Əli Əhmədov - 66 yaş

Əli Həsənov - 71 yaş

Akif Əlizadə - 85 yaş

Hakim Partiyanın İdarə Heyətində də cavan kadrlar çox deyil. Əli Əhmədov, Əli Həsənov və Akif Əlizadənin də təmsil olunduğu 20 nəfərlik İdarə Heyətinin digər yaşlı üzvləri aşağıdakılardır:

Hacıbala Abutalıbov -75 yaş

Nurlana Əliyeva - 73 yaş

Nizami Xudiyev - 70 yaş,

Kərim Kərimov - 83 yaş

Abel Məhərrəmov - 69 yaş

Arif Rəhimzadə - 78 yaş

Mixail Zabelin – 73 yaş

Yusif Hümbətov – 69 yaş

Eldar İbrahimov – 74 yaş

YAP-ən Siyasi Şurasında da vəziyyət ürəkaçan deyil:

İsmət Abbasov – 65 yaş

Fatma Abdullazadə - 71 yaş

Yevda Abramov – 71 yaş

Yaqub Eyyubov – 74 yaş

Dilarə Seyidzadə - 80 yaş

Hadı Rəcəbli – 72 yaş

Misir Mərdanov – 73 yaş

Novruz Məmmədov – 72 yaş

Rafiq Məmmədhəsənov – 74 yaş

Ramiz Mehdiyev – 81 yaş

Yaqub Mahmudov – 80 yaş

Xeyrəddin Qoca – 69 yaş

Sudeyf İmamverdiyev – 81 yaş

İsa Həbibəyli – 70 yaş

Əli Abbasov- 66 yaş

Vilayət Əliyev – 81 yaş

Şahlar Əsgərov- 78 yaş

Gülçöhrə Məmmədova – 66 yaş

Məlumat üçün deyək ki, İdarə Heyətinin üzvləri də Siyasi Şurada təmsil olunur.

Bu arada YAP Siyasi Şurasının üzvü Musa Musayev də hakim partiyada islahatların aparılmasını təklif edib.

“Son islahatlardan sonra bu qənaətə gəlmək olar ki, keçmiş Kommunist Partiyasının dövründən qalan kadrlar yavaş-yavaş istirahətə gedirlər. Bu çox gözəl qəbul olunur və hər bir Azərbaycan vətəndaşının ürəyincədir”, - deyən

Musa Musayev daha sonra əlavə edib: “Son dövrlər apardığım araşdırmalar və gördüyüm bəzi məsələlər onu deməyə əsas verir ki, vaxtilə hansısa yollarla bizim partiyaya və iqtidara başqa partiyalardan transfer olunmuş bəzi adamlar planlı şəkildə YAP-a, bugünkü iqtidara, ulu öndərə, cənab prezidentimizə sədaqətli və əqidəli kadrları partiyanın rəhbər strukturlarından, dövlətdə tutduqları vəzifələrdən uzaqlaşdırmaq məqsədilə, qısqanclıq edərək, şər-böhtan atırlar. İnanıram ki, cənab prezidentimiz, YAP-ın sədri İlham Əliyev yaxın zamanda partiyada da islahatlar həyata keçirəcək. Bu gün YAP-ın Mərkəzi Aparatında, o cümlədən rayon şöbələrində çalışan əməkdaşların 99 faizi partiyaya son zamanlar gələnlərdir”.

pia.az


Etiket: YAP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar