Çərşənbə axşamı, 02 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa ölkələri pensiya yaşını artırırlar - Detallar

Almaniya Federal Bankı (Bundesbank) vətəndaşların pensiya yaşını 69,3 yaşına qaldırmağı təklif edib...

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, əgər təşəbbüs qəbul edilsə, dəyişikliklər 2001-ci ildə anadan olan ölkə vətəndaşlarına şamil ediləcək. Pensiya yaşının 2070-ci ilə qədər qaldırılması təklif olunur.

Qeyd edək ki, Avropa ölkələri pensiya yaşlarını durmadan artırırlar. Hazırda Almaniyada bu 65 yaş 7 aydır və 2029-cu ilə bu 67 yaşa qədər çatdırılacaq.

Danimarka hakimiyyəti də pensiya yaşını yuxarı qaldırır. Belə ki, növbəti on ildə krallıq vətəndaşları 65 deyil, 67 yaşında təqaüdə çıxacaqlar.

2035-ci ilə qədər isə Danimarkada pensiya yaşı 72-yə çata bilər. Bundan əvvəl, yerli vətəndaşların erkən təqaüdə çıxma yaşı 60-dan 66 yaşa qədər artırılıb.

Kişilərin 67, qadınların isə 64 yaşında təqaüdə çıxdığı Norveçdə 2030-cu ilə qədər eyni sistem tətbiq ediləcək. Belə ki, cinsindən asılı olmayaraq ölkə vətəndaşları 67 yaşında pensiyaya çıxacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

Seçkilərin taleyini müəyyən edəcək iki amil: İranın azadlıq bayrağı təbrizlilərin əlindədir - Fotolar

Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar 

İyul ayında bu bürcləri “pul yağışı” gözləyir 

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

"Bu şəhərdə"ni Fuad İsgəndərov davam etdirəcək?

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Azərbaycanda bu kənd palçıq altında qalıb - Sakinlər köçürülür - Video

Ən çox oxunanalar