Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elina Hacıyevanın anası Prezident İlham Əliyevə müraciət etdi

Bakıda məktəbdə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynova Prezident İlham Əliyevə müraciət edib...

PİA.az APA-ya istinadən xəbər verir ki, S.Hüseynova ölkə başçısına ünvanladığı müraciətində qızının ölümündə təqsirli bilinən şəxslərin cəzalandırılmasını xahiş edib:

“Hörmətli, cənab Prezident!

Bildiyiniz kimi Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü –qızım Hacıyeva Elina Ədalət qızı 04 aprel 2019-cu il tarixdə təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən ona qarşı edilən qısnamalara dözməyərək özünü atıb. 06 aprel 2019-cu il tarixdə 1 saylı Kliniki Tibbi Mərkəzdə uşağım xəstəxanaya gec çatdırıldığından və həkim etinasızlığı səbəbindən vəfat edib. İş üzrə keçirilmiş son məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxs -162 saylı məktəbin sabiq direktoruna 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza istəyib.

Halbuki, məhkəmə prosesi zamanı müəyyən edilib ki, 85 dəqiqə direktor ölümcül vəziyyətdə olan uşağa təcili tibbi yardım çağırmayıb və bunu digər şəxslərin etməsinə də əngəl olub. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyinə əsasən uşaq xəstəxanaya gec çatdırıldığından, onu xilas etmək mümkün olmayıb. İş üzrə heç bir həkim məsuliyyətə cəlb edilməyib. Məsuliyyətə cəlb olunan sabiq direktora da ədalətli cəza verilmir! Ana fəryadına biganə qalmayın!”

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

DİM elektron imtahanlar korpusunda ilk imtahanını keçirib - Yenilənib

Ən çox oxunanalar