Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amazon yanğınları və iqlim böhranı: Ekoloji təhdidlər suverən millət dövlətlərini bitirir?..

Yeni quruluşa olan ehtiyac, bir vaxtlar “komunizm” olaraq adlandırdığımız şeyə işarət edir?..

Slavoy Jijek
“The Independent” qəzeti, ABŞ

Nəticəni dəyişmək üçün yetərsiz səylərimiz televiziya ekranının qarşısındakı kreslosunda qıçını-qıçının üstünə aşırıb futbol seyr edərək bəzən bağıran və tullanıb düşən adamı xatırladır.

Həftələrdir davam edən və dörd ölkəyə yayılan Amazon meşələri yanğınları hələ də nəzarət altına alınmayıb. Amazon meşələrinin yandırılması manşetlərimizdən təzəcə düşərkən, hökümətin Amazonda qəsdən yanğın törətməyə gətirdiyi qadağanı izləyən iki gün ərzində 4 min yeni meşə yanğını başlanıb.

Rəqəmlər narahatedicidir. Doğurdan da kütləvi intihara doğru gedirik? Braziliyalılar Amazon meşələrini yandıraraq “dünyanın ciyərləri”ni qətl edirlər. Əgər təbiətin qarşısındakı ciddi təhdidlərlə mübarizə aparmaq istəyiriksə, xəyalımızdakı bu proqnozlardan çəkinməliyik.

30 il əvvəl Avropadakı hərkəs “Waldsterben”, yəni meşələrin ölümü haqqında danışırdı. Mövzu, bütün həftəlik qəzet və jurnalların manşetində yer almışdı və Avropanın yarım əsr içində meşəsiz qalacağı ilə bağlı hesablamalar aparılırdı. İndi isə Avropada 20-ci əsrdə olandan daha çox meşəlik ərazi var və Avropa başqa təhlükələrin həll yoluna yönəlməyə başlayıb. Ekoloji təhdidləri son dərəcə ciddiyə almağımız lazım olan vaxtda, bu mövzudaki analiz və proyektlərin dəqiqliyindən xəbərdar olmalıyıq. Biz isə, problemdən çox gec olanda əmin oluruq.

Sürətli təxminlərə dayanan dəyişikliklər iqlim dəyişikliklərini inkar edənlərin əlini gücləndirir. Nəyin bahasına olursa olsun, yaxınlaşan fəlakət qarşısında təlaşlı və qorxu içində təsirlənməkdən qaçmalıyıq.

“Qorxu ekologiyası” adını verdiyimiz kapitalizmdə inkişaf edən, gücünü itirən dini ixtisar edən yeni dominant idealogiya forması hazırlanır. Bunu kütlələr üçün yeni tiryək adlandırmaq olar. Köhnə dinin əsas funksiyası kütlə şurunu qəliblərə salan və sorğulanmaz avtoritar rejim qurmağı üzərinə formalaşmışdı.

Beynimizə yazılan yeni dərs və sərhədlərimiz belədir: Kainatın çox kiçik bir parçası olan Yerdə yaşayan canlı növlərindən biriyik. Təbii sərvətləri istismar edərək gələcəkdən borc alırıq. Bu səbəbdən əbədi müqəddəsliyə sahib olan düyamıza hörmət etməli və sonsuza qədər sağlam olacağına inandığımız yeni bir güc olaraq formalaşdırmalıyıq.

Biosferimiz üzərində tam dominant ola bilməsək də, təəssüf ki, onun tarazlığını pozmağı bacarırıq və buna davam edirik. Elə bu səbəbdən, ətraf mühit alimləri bizdən yaşayış tərzimizdə radikal dəyişikliklər etməyimizi istəsə də, insanların tələblərin altında yatan gerçəkləri buna ziddir. Hər radikal dəyişikliyin altından yeni fəlakətlər çıxa bilər.

Bu nöqtədə işlər çətinləşməyə başlayır. Ekoloji fəlakətlərin məsuliyyətini üzərimizə götürməyə hazır olduğumuzu desək də, bu, təhdidlə üzləşməkdən qaçmaq üçün ortaya atdığımız hiyləli stategiya ola bilər.

Bizim üçün (ən azından Qərbdə yaşayanlar üçün) çətin olan əsas məsələ, yalnızca oturub izləməyə məcbur qalmaqdır. Bu fikirdən yayınmaq üçün davamlı olaraq fəaliyyətdə olmağa meyilliyik, kağızları təkrar istifadəyə veririk, təbii məhsullara üstünlük veririk, hər nəysə, butun bunlar bizim də qatqımızın olduğundan əmin olmaq üçündür.

Nəticəni dəyişmək üçün yetərsiz səylərimiz televiziya ekranının qarşısındakı kreslosunda qıçını-qıçının üstünə aşırıb futbol seyr edərək bəzən bağıran və tullanıb düşən adamı xatırladır.

Ekologiyaya dair tipik fetişist, “mən çox yaxşı bilirəm ki, hamımız təhdid altındayıq, amma buna görə həyat tərzimi dəyişdirməyə hazır deyiləm”, deyir və bu kimi inkarlar da artmağa başlayıb.

Amma buna zidd inkar şəkilləri də var: “Məhv olmağımıza səbəb olacaq müddətə təsirim olmayacağını bilirəm. Bu yenə də qəbul edə bilməyəcəyim qədər travmatikdir. Nəticədə, bir işə yaramayacağını bilsəm də, nəsə etmək istəyinə və təzyiqüinə qarşı çıxa bilmirəm”.

Elə buna görə də təbii məhsullara üstünlük vermirik. Yarısı çürük orqanik bahalı almaların sağlam olduğuna kim inanır? Məsələ budur ki, bunları alaraq, sadəcə bir məhsul istehlak etmirik, eyni zamanda prosesə dəstək olduğumuzu hiss edirik, qolabal fəlakətə qarşı diqqətimizi və fədakarlığımızı göstəririk.

Dominant ekoloji idealogiya, insanı başdan bəri günahkar və təbiət anaya borclu olaraq görür: “Bu gün təbiətə borcunu ödəmək üçün nə etmisən?”, deyə soruşur dominat ekoloji ideologiya.

Bu cür fərdiləşmənin idealoji dilemmalarını görmək asandır. Bütün bu sənayeləşmiş sivilizasiyamızla əlaqəli çox daha önəmli suallar verirkən özümüzü saldğımız məngənələrdə itməyə başlayırıq.

Beləliklə ekologiya, özünü idealoji bir hiyləyə qurban verir. Bu yeni dövr qaranlığı üçün bəhanə və ya, “yaşıl kapitalistlər” üçün qürurlandırıcı haldır. Bütün bu gərilimlər Amazon yanğınlarına verdiyimiz reaksiyada rezonans doğurdu.

Ekoloji təhdidin əsl gücünü azaltmaq üçün 5 əsas strategiya mövcuddur.

Bunun birincisi bəsit cəhalətdir: “Bununla məşğul olmağa dəyməz”, “Həyat davam edir”, “Təbiət özünü qoruyur” və s.

İkinci sırada, elm və texnologiyanın bizi xilas edəcəyi dair inanc gəlir.

Üçüncüsü, həll yolunu bazara çıxartmalı olduğumuzu deyir (ətrafa ziyan vuran şirkətlərin daha çox vergi verməsi və s.).

Dördüncü fikir sistemə dair böyük tədbirlər görmək yerinə insanlara fərdi məsuliyyətlər yükləməkdir (“Hər birimiz təbiət üçün əlimizdən gələni etməliyik”).

Beşinci və ən mənasızı isə, təbii bir tarazlıq yaratmaq, daha təvəzökar və ənənəvi həyat tərzini qəbul etmək, eqoistliyi bir kənara atıb yenidən “təbiət anamızın uşaqları” olmağı müdafiə edir.

Eqoistliyimiz səbəbilə yolundan azdırdığımız “təbiət ana” paradiqması tamamilə xətalıdır. Əsas enerji mənbələrimizin (neft, kömür) insanlıq ortaya çıxmazdan əvvəl meydana gələn köhnə fəlakətlərin qalıntıları olması, təbiət ananın soyuq və mərhəmətsiz olduğu ilə bağlı kiçik bir xatırlatmadır.

Bu, əlbəttə, heçbir şəkildə rahat ola biləcəyimiz və gələcəyimizə inanmağımızın lazım olduğu mənasına gəlmir. Əslində, nə baş verdiyinin açıq şəkildə göstərilmədiyi vəziyət daha da təhlükəli hala gətirilir.

Ekoloji və mühacirlər qiyaməti, BMT əməkdaşı Filip Alstonun dediyi kimi, bir-birini tamamlamağa başlayır: “Dünyanın böyük qismi əziyyət çəkməyə davam etdiyi halda, zənginlər qolabal isinmə, aclıq və qarmaşadan pul vasitəsilə çıxa bilir.”

Bu halda, orataya Leninist sual çıxır: Nə etməli? Kompleks bir qurğu içindəyik; Bu mövzuda bəsit bir “demokratik” həll yolu yoxdur. İnsanların özlərinin (sadəcə hökümətlərin və şirkətlərin yox) qərar verə biləcək pozisiyada olması fikri qulağa xoş gəlsə də, önündə böyük bir sual durur: “Fikirlərin qurumlar tərəfindən təhrif edilməsinə baxmayaraq, belə həssas bir mövzuda qərarların insanlar tərəfindən verilməsi icazəsini normal edən nədir?”

Edəbiləcəyimiz tək şey, ən azından prioritetlərimizi net şəkildə təyin etmək və uğrunda müharibələrin getdiyi planetimiz təhlükə altında olduğu bu zamanda geopolitik strategiyalarımızın nə qədər absurd olduğunu qəbul etməkdir.

Amazon mövzusunda, Avropanın Braziliyanı, Braziliyanın Avropanı günahkar hesab etdiyi mənasız bir oyuna şahidlik edirik. Bu oyun bitməlidir.

Ekoloji təhdidlər, suverən millət dövlətlərinin sonunun gəldiyini göstərir.

Burada, lazım olan tədbirləri koordinasiya edə biləcək güclü bir qlobal quruluşa ehtiyac var. Belə bir agentliyə olan ehtiyac, bir vaxtlar “komunizm” olaraq adlandırdığımız şeyə işarət edir?

Orijinal

Tərcümə PİA.az-ındır

Turqut
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar