Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yataqxanada yaşayan köçkünlərlə bağlı – Açıqlama

Bakıdakı bəzi universitet yataqxanalarında məcburi köçkünlərin məskunlaşması həmin ali məktəblərin tələbələrinə əlavə problemlər yaradır. Tələbələr məcburən kirayə ev axtarışına çıxmalı olurlar. Bu isə maddi durumu yaxşı olmayan tələbəni çətinlik qarşısında qoyur

Bəs tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin həmin binalardan çıxarılması nə vaxt başa çatdırılacaq?

PİA.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, məcburi köçkünlərin dövlət yaşayış fonduna məxsus yeni yaşayış sahələrinə köçürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, bu proqrama 2007 və 2011-ci illərdə edilmiş əlavələrə uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edilir”.

Komitənin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş əlavələrə uyğun olaraq, Bakı Dövlət Universitetinin yataqxanalarındakı köçkünlərin çıxarılması tam başa çatıb.

“Digər universitetlərin yataqxanalarında müvəqqəti məskunlaşmış köçkün ailələrinin köçürülməsi Dövlət Proqramında nəzərdə tutulub. Bu proses mərhələli şəkildə həyata keçirilir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Ən çox oxunanalar