Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Məhkəmədə görüşək" - Lalədən Elçinə cavab

Əməkdar artist Lalə Məmmədova teleaparıcı Elçin Əlibəylinin "Popumuz var!" proqramında onu tənqid etməsinə münasibət bildirib

Sənətçi bu haqda fikirlərini sosial şəbəkədə yazıb:

"Söhbət məndən gedirsə, o zaman qorxmasınlar, adımı çəksinlər, dediklərinin arxasında durub, sübuta yetirsinlər, məhkəmədə görüşək.

Zamanında heç kəsdən qorxmadım, gördüyüm hadisəyə münasibətimi bildirdim, heç kəsin şəxsi işinə qarışmadan sözümü ünvanına, sahibinə qadınlığımla açıq-aşkar dedim. Lazım gələrsə, nəinki Maral, bütün haqları tapdanmış qadınların arxasında durub, yenə də sözümü deməyə hazıram!

İllərdir xalqıma və incəsənətimə vicdanla xidmət etdim, oxuduğum mahnıların vergül nöqtəsinə qədər ehtiyatla yanaşdım, bəziləri kimi əsrlərdən bugünə gəlib çıxan xalq mahnımızı illərdir analarımızı gözüyaşlı qoyan, torpaqlarımızı işğal edən, 1 milyondan çox azərbaycanlını evindən didərgin salıb, qaçqın edən bədxah ermənilərin dilində oxumadım!".

Xatırladaq ki, Maral Tahirqızı ilə verilişində qalmaqal yaşayan E.Əlibəyli bu hadisə ilə bağlı fikir bildirən L.Məmmədovanı saxtakarlıqda ittiham etmişdi:

“Bəzi “müğənniciklər” Maral Tahirqızını müdafiə etdi. Biri də var, həm müğənnidir, həm “alim”. İnsan hər gün toydadır, mahnı yazdırır, klip çəkdirir, uşaq böyüdür, vaxt tapır bir dəfə boşanır da, üstəlik, elmi məqalalələr də yazıb, elmlər namizədliyini müdafiə edib. Bütün bunları necə çatdırıb, bilmirəm. Saxta müğənni olduğu kimi, saxta da alimdir. Saxta da fikirlər söyləyir. Necə ki, fəaliyyəti bütövlükdə saxtadır. Yaradıcılığı kserokopiyadan ibarətdir. Azərbaycanın çox məşhur müğənnisinin, böyük sənətkarının oxşarıdır. O, oxuyanda hamıya elə gəlir ki, başqası oxuyur. Onun müdafiəsi riyakarlıq idi. Sən özün lağ edənlərdən birisən”.(Axşam.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar