Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güclü “Krosa” tufanı Yaponiyaya yaxınlaşır

Çox güclü "Krosa" tufanı Yaponiyanın cənubu ilə hərəkət edərək şimal-qərb sahillərinə yaxınlaşır

Onun avqustun 15-də Yaponiyaya çatacağı gözlənilir.

PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, ölkənin qərbində və şərqində tufan torpağa çatmamış güclü yağışlar olacağı gözlənilir. Bildirilir ki, avqustun 14-də və 15-də Yaponiyanın qərb sahillərinə çatan tufan daha da güclənəcək. Yaponiyanın qərb və şərq sahilləri boyunca güclü küləklər əsəcək. Küşü adasının cənubunda küləyin sürətinin saatda 108 kilometrə çatacağı gözlənilir.

Artıq geniş ərazilərdə nəhəng dalğalar müşahidə edilir. Şikoku yaxınlığında dalğaların hündürlüyünün 10 metrə çatacağı proqnozlaşdırılır.

Avqustun 14-də səhər saatlarında Tokio rayonuna 300 millimetr, Kansay regionuna 200 millimetr, Küşü və Şikokuya 100-150 millimetr yağıntı düşəcəyi bildirilir.

Avqustun 15-də 24 saat ərzində Şikokuya 400 millimetrdən 600 millimetrədək, Küşüyə və Kansaya 300 millimetrdən 500 millimetrədək, Tokaya isə 300-400 millimetr yağıntı düşəcəyi gözlənilir.

Sinoptiklərin bildirdiyinə görə, bəzi rayonlara 1000 millimetrdən çox yağıntı düşəcək.

Bununla bərabər, ənənəvi "O-bon" bayramı zamanı insanların yay tətilinə hazırlaşdığı ərəfədə güclü qasırğa barədə də xəbərdarlıq edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ən çox oxunanalar